9 C
Baku
Thursday, December 12, 2024

Marketinq üzrə kiçik mütəxəssis – PASHA Bank

0
Marketinq üzrə kiçik mütəxəssis – PASHA Bank
30.08.2019

Marketinq üzrə kiçik mütəxəssis

Marketinq sahəsində geniş təcrübəsi olan namizədlər PAŞA Bankın Brend kommunikasiyaları şöbəsində açılmış Marketinq üzrə kiçik mütəxəssis vakansiyasına müraciət edə bilərlər.

Vəzifənin məqsədi:

Marketinq üzrə kiçik mütəxəssis PAŞA Bankın Rəqəmsal Laboratoriyasında yaradılan məhsul və xidmətlərin marketinq kommunikasiyasının həyata keçirilməsini dəstəkləməyə məsuldur.

Vəzifə Öhdəlikləri

 Yerli bazar araşdırmaları və təhlillərinin aparılmasına dəstəyin göstərilməsi;
 Brendinq, marketinq və kommunikasiya strategiyasının və aidiyyəti məzmunların hazırlanmasının dəstəklənməsi;
 Potensial müştərilərin cəlb edilməsinə hədəflənmiş kampaniyaların idarə edilməsi və effektivliyinin qiymətləndirilməsinin dəstəklənməsi;
 Müxtəlif çeşidli marketinq materiallarının, vebsayt məzmununun, reklam və marketinq planlarına uyğun digər əlaqəli məzmunların hazırlanması;
 Rəqəmsal laboratoriya üçün marketinq tədbirlərinin idarə edilməsinin dəstəklənməsi; 
 Təkmilləşdirmələrin aparılması üçün müştərilərdən və məhsul sahiblərindən müvafiq rəylərin toplanılması; Rəhbərlik üçün detallı hesabatların hazırlanması və şifahi təqdimatların edilməsinin dəstəklənməsi;
 Sosial media kampaniyalarının hazırlanmasının və sosial şəbəkələrdə verilən rəylərin izlənilməsi və onların cavablandırılmasının dəstəklənməsi;
 PAŞA Bank adından xarici auditoriyaya açıqlanan müvafiq məzmunların redaktə edilməsinin dəstəklənməsi.

Tələb edilən bilik, bacarıq və təcrübə 

 Təhsil: Kommunikasiya, Biznesin İdarə Edilməsi, Marketinq, Rəqəmsal marketinq və ya əlaqədar sahədə bakalavr dərəcəsi 
 İş təcrübəsi: Müvafiq sahədə ən az 2-3 il iş təcrübəsi
 Xarici dil bilikləri: Azərbaycan dili (sərbəst), rus dili (sərbəst), ingilis dili (sərbəst)
 Kompüter bilikləri: MS Office proqramları 
 Digər: 
o Yüksək biznes etikası, dürüstlük və sadiqlik 
o Müxtəlif sahələr üzrə müxtəlif tapşırıqları eyni anda yerinə yetirmə bacarığı
o Ünsiyyət qurma bacarığı, sənəd tərtib etmə bacarığı, məzmunları hazırlamaq bacarığı
o Güclü təşkilati, planlaşdırma və nəzarət etmə bacarığı
o Gərgin iş mühitində işləmək bacarığı, stressin idarə edilməsi bacarığı

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Marketinq üzrə kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Vakansiya üzrə son müraciət tarixi 30 sentyabr 2019-dur.

İşin aid olduğu sahə

KateqoriyaMarketinq və PR