10 C
Baku
Friday, December 13, 2024

Müştəri məmnuniyyəti və keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi – PASHA Life

0
Müştəri məmnuniyyəti və keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi – PASHA Life
Bakı
11.02.2021

Vakansiya haqqında məlumat:

Struktur bölmə: Müştəri məmnuniyyəti və keyfiyyətə nəzarət şöbəsi
Vəzifə: Müştəri məmnuniyyəti və keyfiyyətə nəzarət şöbəsinin mütəxəssisi
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00 – 18:00
Son müraciət tarixi: 28 fevral 2021

Vəzifə Öhdəlikləri:

1. Şirkətə daxil olan və çıxış zənglərinin onlayn və offlayn dinlənilməsi
2. Əməkdaşların zəngləri cavablayarkən özünüidarəetmə, texniki dəqiqlik, müştərilərə xidmət performansının şirkətin qayda və təlimatlara uyğun olmasını yoxlamaq
3. Əməkdaşların online çat, sosial şəbəkə və e-mail yazışmalarını izləmək və standartlara uyğun olmasına əmin olmaq
4. Əməkdaşlarla hər ay görüşmək və zənglərdə aşkara çıxan problemli halları müzakirə etmək, lazım gəldiyi halda birgə zəngləri dinləmək
5. Müştəri məmnuniyyətinin ölçülməsi üçün müxtəlif sorğuların təşkili və nəticələrin analizi
6. Sorğular keçirildikdən sonra təsadüfi seçilmiş müştərilərə geri dönmək, aşağı bal vermə səbəbini öyrənmək və təhlil üçün rəhbərliyə təqdim etmək
7. Təlimlərin keçirilməsi, müştərilərə xidmət keyfiyyətinin artırılması üçün yeni yanaşmaların tətbiqi

Namizədə olan tələblər:

İş təcrübəsi: Müştəri məmnuniyyət və keyfiyyət nəzarəti istiqamətində (Zənglərin dinlənilməsi, keyfiyyət standartlarının yazılması və şikayətlərin həll olunması) ən azı 1 il təcrübə
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi
Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: əla, İngilis dili: orta
Üstünlüklər: İngilis dilini-orta
Kompüter bilikləri:Microsoft Office (Power Point: əla, Excell: orta, Word: orta, Outlook: orta)
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, təsir göstərmə

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Səbail rayonu, Sahil Plaza, M.Useynov pr., 61
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaSığorta