18 C
Baku
Thursday, April 25, 2024

Növbə rəisi (Dəmir yolu sahəsi) – SOCAR

0
Növbə rəisi (Dəmir yolu sahəsi) – SOCAR
06.08.2021

Vəzifə haqqında məlumat
Vakansiyanın adı Növbə rəisi (Dəmir yolu sahəsi)
Elanın bitmə tarixi 09.08.2021
Keçid kodu 06326/2021 EXT
Müəssisə, Təşkilat Azərikimya İB
Struktur vahidi Dəmir yolu sahəsi
Ştat vəzifəsinin adı növbə rəisi
Struktur vahidinin ünvanı Sumqayıt şəhəri, S.Vurğun küçəsi 1
Şəhər/rayon Sumqayıt şəhəri
Müqavilənin növü Müddətli
Əməyin ödənilmə dərəcəsi 12
Əmək haqqı 1010.00 azn/aylıq
Əlavə məlumat Faktiki iş günlərinə görə 3 AZN yemək xərci verilir.
İş şəraiti Normal
İş rejimi Növbəli

Əlavə məlumat
Yataqxana Təmin olunmur
İş yerinə çatdırılma Təmin olunmur
Sığorta Tibbi, Həyat

Vaqonların qəbulu işinin həyata keçirilməsinin təşkil olunması.
1.”Etilen-Polietilen” zavodunun dispeçerinə dəmir yolu vaqonlarının qəbulu,
vaqonların dolu və ya boş olması haqqında məlumatın verilməsi;
2.Zavodun dispeçerinə Dəmir yolu qapılarının açılması prosedurunun
aparılmasına dair məlumatın verilməsi;
3.Maşinist briqadaya marşrut vərəqəsinin təqdim edilməsi və vaqonların
sahəyə gətirilməsi tapşırığının verilməsi;
4.Qəbul edilən vaqonların müvafiq prosedura uyğun (nömrələri, kodu, tipi,
dolu boş olması, depo təmiri keçməsi, texniki vəziyyəti) yoxlanılması,
müvafiq jurnalda qeydlərin aparılması və Dəmir yolu sahəsinin rəhbərliyinə
məlumatın verilməsi;
5.Yararsız dəmir yolu vaqonlarının dalan dəmir yolundan çıxarılıb stansiyaya
yola salınması üçün aidiyyatı üzrə tapşırığın verilməsi və Dəmir yolu
sahəsinin rəhbərliyinin məlumatlandırılması;
6.Dəmir yolu vaqonlarının aidiyyatı üzrə doldurma-boşaltma məntəqələrinə
verilməsi haqqında rəhbərliyin tapşırığı əsasında vaqonların araşdırılıb
aidiyyatı üzrə yönləndirilməsi işinin təşkil edilməsi.
•Qaz vaqonların tərəzidə çəkilməsi və doldurma-boşaltma məntəqələrinə
verilməsinin təşkil olunması;
•Tərəzidə çəkilən qaz vaqonlarının çəkilərinin və nömrələrinin müvafiq
qaydada qeydiyyatının aparılması;
•Qaz vaqonların tərəzidə çəkilməsi, yerləşdirilməsi barədə Dəmir yolu
sahəsinin rəhbərliyinə məlumatın verilməsi.

Vaqonların göndərilməsi işinin həyata keçirilməsinin təşkil olunması.
1.Göndərilən vaqonların müvafiq prosedura uyğun (nömrələri, kodu, tipi,
dolu boş olması, depo təmiri keçməsi, texniki vəziyyəti) yoxlanılmasI,
müvafiq jurnalda qeydlərin aparılması və Dəmir yolu sahəsinin rəhbərliyinə
məlumatın verilməsi;

2.Yüklü qaz vaqonlarının tərəzidə çəkilməsi və zavodunun ərazisindən
çıxarılıb stansiyaya yola salınması üçün tapşırığın verilməsi;

3.Maşinist briqadaya marşrut vərəqəsinin təqdim edilməsi və Dəmir yolu
vaqonlarının aidiyyatı üzrə yönləndirilməsi işinin həyata keçirilməsi;

4.Vaqonların göndərilməsi barədə Dəmir yolu sahəsinin rəhbərliyinə
məlumatın verilməsi.

Dəmir yolu çənlərinin yuyulması və təhvil verilməsi işinin tşkil olunması.
1.Etilen-Polietilen zavodunun dispeçerinə boş, spirt, efir və s. çənlərin
yuyucu sahəyə verilməsi barədə məlumatın verilməsi;
2.Etilen-Polietilen zavodunun dispeçerindən zavodun yuyucu məntəqəsinin
Dəmir yolu qapılarının açılması prosedurunun aparılmasına dair məlumatın
verilməsi;
3.Yuyulacaq dəmir yolu çənlərinin siyahısının müvafiq qaydada Qatar
tərtibçisinə təqdim edilməsi;
4.Maşiinist briqadaya marşrut vərəqəsini təqdim edilməsi və yuyulma
məntəqəsinə aparılması tapşırığın verilməsi;
5.Yuyulan dəmir yolu çənləri haqqında məlumatı Dəmir yolu sahəsinin
rəhbərliyinə verilməsi.

Əməyin mühafizəsi və texniki təhlükəsizlik təlimatlandırmalarının
aparılmasında iştirak olunması.
1.İşçilərin əməyin mühafizəsi və texniki təhlükəsizliyi, yanğın təhlükəsizliyi
və mülki müdafiənin qaydaları üzrə təlimatlandırılmasının aparılması və
Dəmir yolu sahəsinin rəis müavininə məlumat verilməsi;
2.İşçilərin təlimat keçmələri barədə tərtib olunmuş aktın imzalanmasında
iştirak edilməsi.

İşçilərin xüsusi geyim, texniki təhlükəsizlik vasitələri ilə təmin edilməsində
iştirak olunması.
1.Tələb olunan fərdi mühafizə vasitələrinin siyahısının hazırlanması;
2.Hazırlanmış fərdi mühafizə vasitələrinin siyahısını Dəmir yolu sahəsinin
rəis müavininə təqdim edilməsi.

Tələb edilən təhsil
Təhsil pilləsi Təhsil əhatəsi
Orta-ixtisas təhsili Müvafiq sahə üzrə
Ali bakalavr Müvafiq sahə üzrə
Tələb edilən iş stajı
Təhsil pilləsi Müddəti / İş təcrübəsi Təsvir
Ali bakalavr / Müvafiq sahə üzrə 4 İl / Müvafiq sahə üzrə Sahə üzrə iş təcrübəsi dedikdə
mütəxəssis və ya rəhbər kateqoriyası üzrə iş təcrübəsi nəzərdə tutulur.
Orta-ixtisas təhsili / Müvafiq sahə üzrə 5 İl / Müvafiq sahə üzrə Sahə üzrə iş təcrübəsi dedikdə mütəxəssis və ya rəhbər
Təhsil pilləsi Müddəti / İş təcrübəsi Təsvir
kateqoriyası üzrə iş təcrübəsi
nəzərdə tutulur.

Sertifikat tələbləri
4 Sertifikat Müvafiq ixtisas kursu

Səriştəlik və digər tələblər
Dürüstlük
Etik davranış
Səlahiyyətvermə
İşçiləri inkişaf etdirmə
Məsuliyyət
Nizam-intizam
Peşəkarlıq
Planlama və təşkiletmə
Problem analiz etmə
Qrup liderliyi
Şifahi özünüifadə
Stresin idarə edilməsi
İşi təqib etmə
Yazılı özünüifadə
Microsoft Excel
Microsoft Word
Microsoft Outlook
OpenText
Nəqliyyatın idarə olunması
Xüsusi texnikanın idarə olunması
Fəaliyyəti tənz. daxili normativ sənəd.
Nəqliy. vasit. və xüsusi texnik. qulluq
Nəqliy. vasit. və xüsusi texnik. təmiri
Nəqliy. vasit. və xüsusi texnik. baxış
İş növləri və peşələr üzrə ƏMTT təlimat.
Neft sən. əm. müh. vah. idarəet. sistemi

Bilməlidir
• Fəaliyyət sahəsinə dair Azərbaycan Respublikasının qanunlarını və normativ-hüquqi aktları;
• Dəmir yollarının texniki istismar qaydalarını;
• Əməyin mühafizəsinin, texniki təhlükəsizliyin, yanğın təhlükəsizliyinin, istehsalat sanitariyasının, mülkimüdafiənın norma və qaydalarını.

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər