12 C
Baku
Wednesday, December 11, 2024

Ödənişlərin analizi və dəstəyi üzrə mütəxəssis – MPAY QSC

0
Ödənişlərin analizi və dəstəyi üzrə mütəxəssis – MPAY QSC
Bakı
11.03.2021

MPAY QSC

Vəzifə adı: Ödənişlərin analizi və dəstəyi üzrə mütəxəssis

Vəzifə öhdəlikləri:

• Ödənişlər və ödənişlərlə əlaqəli müştəri müraciətlərini şirkətin prosedurlarına əsasən qəbul etmək
• Korporativ ServiceDesk proqram təminatı vasitəsi ilə qəbul olunan müraciətləri prioritetləşdirmək və prosedurlara əsasən araşdırmaq
• Araşdırılan insidentləri prosedurlara əsasən eskalasiya etmək
• Ödənişlərin dəstəklənməsi üzrə profilaktik və gündəlik işləri icra etmək
• Öhdəsində olan fəaliyyətləri üzrə prosedur və qaydaları, hesabatlar tərtib etmək
• Ödənişlərlə əlaqəli müraciətlər üzrə müvafiq hesabatlar tərtib etmək
• Son istifadəçilərə köməklik göstərmək və bəsit təlimlər vermək
• Korporativ standartlara və daxili siyasət, prosedurlara riayət etmək
• İnformasiya təhlükəsizliyi insidentlərinin aşkar olunması, təhlili və onların təhqiqatının aparılması və tələblərin irəli sürülməsi və icrasında həll yollarının tərtibi

Namizədə qoyulan tələblər:

• Ali təhsil (informasiya texnologiyaları sahəsində ali təhsili olan namizədlərə üstünlük veriləcək)
• Kompüter avadanlıqlarına texniki dəstək üzrə – əsas; informasiya təhlükəsizliyi, biznes proseslər, informasiya sistemləri, şəbəkə infrastrukturuna dair – baza biliklərinə malik olmalı ( IT Texniki dəstək qrupunda iş təcrübəsi olanlara üstünlük veriləcək)
• İTİL4 üzrə ilkin biliklər. (İTİL4 Foundation sertifikatına malik olanlara üstünlük veriləcək)
• Oxumaq, öyrənmək , analitik və alqoritmik düşünmə qabiliyyəti
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti
• Müştəri sorğularının cavablandırılması işləri ilə praktik təcrübəsi , operativ cavablandırma qabiliyyəti, insanlarla düzgün əlaqə və ünsiyyət qurma bacarığı
• Fərdi və komanda ilə işləmək qabiliyyəti
• Dil bilikləri: Azərbaycan və Rus dilləri – yüksək səviyyədə, Ingilis dili – texniki sənədləri oxumaq və yazmaq səviyyəsində

Digər şərtlər

Vəzifənin sahəsinə görə spesifik olduğuna görə işə qəbul olunan namizəd, ödəniş vasitələri və sistemlərinin dəstəklənməsi üzrə korporativ təlimlər keçəcək, daxili prosedur və qaydalarla tanış ediləcəkdir.

İş şəraiti:

• Ofis daxili;
• Əmək haqqı 1200 – 1500 AZN;
• İş rejimi həftənin 5 günü (09:00 – 18:00);
• Əmək haqqının 15 gündən bir ödənilməsi;
• Tibbi sığorta təminatının verilməsi;
• Nahar təminatının qarşılanması.

Maraqlananlardan xahiş olunur öz CV-lərinizi [email protected] email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaq.

Göndərilən CV-lərdə mövzu adı yerində “Ödənişlərin analizi və dəstəyi üzrə mütəxəssis” yazılmalıdır.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər