16 C
Baku
Thursday, April 25, 2024

Proqramlaşdırma şöbəsinin kiçik mütəxəssisi (Backend Developer) – PASHA Life

0
Proqramlaşdırma şöbəsinin kiçik mütəxəssisi (Backend Developer) – PASHA Life
Bakı
16.10.2020

Vakansiya haqqında məlumat:

Struktur bölmə: İnformasiya texnologiyaları departamenti, Proqramlaşdırma şöbəsi
Vəzifə: Proqramlaşdırma şöbəsinin kiçik mütəxəssisi (Backend Developer)
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 20 oktyabr 2020-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Daxil olmuş tapşırığın analizi və uyğun həll yolunun tapılmasında iştirak etmək.
2. Məlumatların periodik yüklənməsi üçün JOB-ların yaradılması və işinə nəzarət etmək
3. Yeni modulların yaradılması, modullarda dəyişiklik, TFS sistemi üzrə kodlarda dəyişikliklər tətbiq etmək
4. Yeni Proyektlərin hazırlanmasında rəhbərinin verdiyi tapşırıqları yerinə yetirmək, alqoritmlərin hazırlanması, texniki sənədin analiz edilməsi
5. Qrup halında aparılan texniki və proqramlaşdırma proseslərin izlənilməsi və yaranan problemlərin rəhbərə təqdim edilməsi
6. Birbaşa rəhbərin göstərişi ilə digər aidiyyatı tapşırıqları yerinə yetirmək və Şirkətin struktur bölmələrinin sifarişlərini vaxtında və lazımi səviyyədə icra etmək.

Namizədə olan tələblər:

– İş təcrübəsi: Tələb olunmur;
– Təhsili/ixtisası: İnformasiya texnologiyaları və ya Riyaziyyat sahələrində Ali təhsil;
– Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: orta, İngilis dili: orta;
– Texniki bilikləri: C#.net , Asp.Net, .Net Core Mvc, AJAX, HTML, MSSQL(T-SQL),Bootstrap , CSS, Jquery, Javascript proqramlaşdırma dillərində işləmə bacarığı WebServis- lərin hazırlanması və işləmə bacarığı.
– Kompüter bilikləri: MS office – orta;
– Üstünlüklər: R proqramlaşdırma dili, Python bilikləri, Microservis Arxitekturunda və digər proqramlaşdırma dillərində işləmə bacarığı üstünlükdür;
– Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək “Proqramlaşdırma şöbəsinin kiçik mütəxəssisi (Backend Developer)” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaİT, Sığorta