23 C
Baku
Friday, April 26, 2024

Proqramlaşdırma şöbəsinin baş mütəxəssisi(Frontend Developer) – PASHA Life

0
Proqramlaşdırma şöbəsinin baş mütəxəssisi(Frontend Developer) – PASHA Life
Bakı
16.10.2020

Vakansiya haqqında məlumat:

Struktur bölmə: İnformasiya texnologiyaları departamenti, Proqramlaşdırma şöbəsi
Vəzifə: Proqramlaşdırma şöbəsinin baş mütəxəssisi(Frontend Developer)
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 20 oktyabr 2020-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Şirkət üzrə mövcud olan proseslərin avtomatlaşdırılmış və gələcək üçün planlaşdırılmış proqram təminatlarının təqdim edilmiş dizaynlarının kodlaşdırılması;
2. Mütəmadi olaraq idarəetmə sistemi vasitəsilə daxil olan taskların nəzərdən keçirilməsi və zamanında icra edilməsi;
3. Şirkətin Internet səhifəsinin təkmilləşdirilməsi, Daxili ERP proqramların hazırlanması , və təqdim edilmiş dizayn formatlarının “FrontEnd” tərəfinin hazırlanması, müvafiq dəyişikliklərin edilməsi;
4. Şirkətin digər struktur bölmələrinin və ya Agilekomandaların tərkibində təqdim edilmiş proyekt üzrə dizaynlarının vaxtında və lazımi səviyyədə icra edilməsi, Digər FrontEnd əməkdaşlar ilə mütəmadi əlaqələrin qurulması, görüləcək işlərin təşkili, məsləhətlərin verilməsi
5. Digər Agile Komanadlar ilə daimi sıx işləmə və Şirkət qaydaları daxilində vahid Dizayn konseptə uyğun işlərin təşkil edilməsi.

Namizədə olan tələblər:

– İş təcrübəsi: İnformasiya texnologiyaları sahəsi üzrə ən azı 2 il iş təcrübəsi;
– Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi;
– Dil bilikləri: Azərbaycan dili: əla, Rus dili: orta, İngilis dili: orta;
– Kompüter bilikləri: HTML/HTML5, Bootsrap və CSS3 texnologiyalarını əla səviyyədə bilməli; JavaScript, Jquery və AJAX texnologiyalarına hakim olmalı; Responsive və Adaptive dizayn konseptlərində və Cross platform və Cross browserlə işləmə bacarığı;JavaScript framework-lərini (Angular JS, Ember JS və s.) bilməsi;
– Üstünlüklər: Avtomatlaşdırılmış test monitorinq sistemlərindən istifadə təcrübəsinin olması , Proqramlaşdırma dillərindən hər hansı birinin bilməsi. Photoshop biliklərinin olması; İnformasiya texnologiyaları, riyaziyyat, kibernetika ixtisasları üzrə bakalavr dərəcəsi;
– Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, geniş perspektiv, dəyişikliklərə uyğunlaşma.

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər https://pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək “Proqramlaşdırma şöbəsinin baş mütəxəssisi(Frontend Developer)” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaİT, Sığorta