Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Plastik kartlarla əməliyyatlar şöbəsində kiçik mütəxəssis” vakansiyasını elan edirik.
Siz elektron poçtun “mövzu” yerinə “Plastik kartlar” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Plastik kartlarla əməliyyatlar şöbəsi
Vəzifə: Kiçik mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə meneceri
Vəzifə öhdəlikləri:
– Bankomatların monitorinqi və texniki nasazlıqların aradan qaldırılması;
– Ödəniş terminallarının monitorinqi və texniki nasazlıqların aradan qaldırılması;
– POS terminalların müştəriyə təhvil verilməsi və ya müştəridən təhvil alınması;
– Bankomatlarda reklam çarxlarının dəyişdirilməsi;
– Router,modem quraşdırılması və konfiqurasiyası.
Tələblər:
– Azərbaycan dilini mükəmməl, İngilis və Rus dillərini orta səviyyədə bilməli;
– Bank işini tənzimləyən qanunvericilik və Mərkəzi bankın normativ sənədlərinin tələblərinə yaxından bələd olmalı;
– Bank sirri təşkil edən məlumatların məxfiliyini qoruyub saxlamalı;
– İşində dəqiq, məsuliyyətli, bilikləri artırmağa meylli, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli olmalı;
– MS office proqramlarını orta səviyyədə bilməli.
Biz Sizə nə təklif edirik:
– Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
– Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
– Könüllü tibbi sığorta proqramına qoşulma;
– Müasir idarəetmə sistemi və mehriban kollektiv.
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |