12 C
Baku
Friday, March 29, 2024

Qəza Komissarı – Azərbaycan Sənaye Sığorta

0
Qəza Komissarı – Azərbaycan Sənaye Sığorta
Bakı
10.11.2021

Ümumi məlumatlar

– Orta və ya ali təhsilli olmalı;
– Aidiyyatı sahədə iş təcrübəsi olması üstünlükdür;
– B kateqoriyalı sürücülük vəsiqəsi
və şəxsi avtomobili olmalı;
– Yol hərəkəti haqqında anlayışlı olmalı;
– Regionları tanımalı;
– Avtomobilin texniki hissələrindən anlayışı olmalı;
– Ünsiyyətcil, işgüzar, analitik düşüncə tərzi, kollektivdə işləmək qabiliyyəti olmalı.

İş haqqında məlumat

-Qəbul edilmiş hadisə barədə məlumatı araşdırmaq;
– Hadisə yerinə çıxış etmək, hadisənin foto və video çəkilişlərini aparmaq;
– Yol nəqliyyat hadisəsi zamanı sürücülərin kimliyini, nəqliyyat vasitəsini həqiqətən da onların idarə etdiyini, istifadə üçün bütün sənədlərinin olub olmamasını, sığorta şəhadətnaməsini yoxlamaq;
– Hadisə barədə ətraflı məlumat əldə etmək üçün DYP və digər dövlət qurumları ilə əlaqə saxlamaq;
– Sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın (Forma 4 və ya digəri) göndərilməsi ilə əlaqədar səlahiyyətli dövlət orqanına (DYP və s.) sorğu göndərmək;
– Sığorta hadisəsi yerində DYP əməkdaşı tərəfindən YNH-nin iştirakçılarının sənədlərini aparılmış olsa belə, tələb olunan sənədlərin surətlərini və ya şəkillərini əldə etmək məqsədilə DYP-nın ünvanına getmək;
– Sərxoşluq və digər halların dərəcəsini yoxlamaq üçün səlahiyyətli dövlət orqanın iştirakı ilə sürücünü müvafiq orqanda müayinəyə yönəltmək;
– Sığorta işinin açılması üçün, ilkin topladığı sənədləri 1 iş günü ərzində Müştəri Xidmətləri Şöbəsinə təhvil vermək;
-Yekun sığorta ödənişi aktının tərtibatında iştirak etmək.

İş şərtləri

Həftə içi 5 gün, 09:00-18:00

Müraciət linki

İşin aid olduğu sahə

KateqoriyaSığorta