Bakı
26.04.2023
Vakansiyanın təsviri
- Bankın strategiyasının hazırlanmasında iştirak etmək, rəhbərlik etdiyi sahələr üzrə fəaliyyət planlarının icrasını təmin etmək;
- Rəhbərlik etdiyi şöbələrin fəaliyyətini koordinasiya etmək, onlara bilavasitə nəzarəti həyata keçirmək;
- Tabeçiliyində olan əməkdaşların əmək funksiyalarını (vəzifə təlimatını) müəyyən etmək, onları qiymətləndirmək;
- Beynəlxalq praktika, yerli qanunvericilik və daxili qaydalara əsasən Bankın risk strategiyasını, risk siyasətini və risk xəritəsini hazırlamaq, risklərin idarə olunması üzrə mütərəqqi sistemin yaradılmasını təmin etmək;
- Müşahidə Şurası, İdarə Heyəti və Risklərin İdarə Edilməsi Komitəsinin (RİEK) müxtəlif tapşırıqlarını icra etmək, onların dövrü iclasları üçün müvafiq sənədlərin (hesabatların) hazırlanmasını təmin etmək;
- Baş Risk İnzibatçısının ona həvalə etmiş olduğu digər vəzifələri həyata keçirir.
Xüsusi tələblər
- Ali iqtisadi (maliyyə, uçot, audit, biznes və s.) təhsilin olması. Xüsusi sertifikatı (GARP, IRM, CFA, CPA, CIA və s.) olanlara üstünlük verilir;
- Ən azı 3 (üç) il bank və ya kredit təşkilatında risk sahəsində rəhbərlik (struktur) təcrübəsi;
- Mükəmməl səviyyədə İngilis dilində yazma, oxuma və danışma bacarığının olması; (o cümlədən, yaxşı səviyyədə Rus dili)
- Beynəlxalq maliyə institutları ilə əməkdaşlıq etmə bacarığı;
- Analitik düşüncə və müxtəlif hesabatları təhlil etmə bacarığı;
- Makro və mikro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
- İşə yaradıcı yanaşmaq, yeni ideyaları yaratmaq və yeni ideyaları stimullaşdırmaq bacarığı;
- Liderlik və işçi heyətini idarəetmə bacarığı;
- Dəqiq planlaşdırma və ciddi nəzarət etmək qabiliyyəti;
- MS Office proqramlarında işləyə bilmək qabiliyyəti.
Müraciət etmək üçün: [email protected]
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi |