Vəzifə: İnformasiya Texnologiyaları İdarəsinin Sistemlərin və şəbəkənin idarə edilməsi şöbəsi – Şəbəkə inzibatçısı (Cisco)
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
● İnformasiya texnologiyaları və sistem mühəndisliyi, kompüter elmləri, kompüter mühəndisliyi, riyaziyyat ixtisasları.
● CCNA, CCNP Routing and Switching sertifikatlarına sahib olması arzuolunandır.
● Cisco istehsalçı firmalarının məhsulları haqqında bilik və təcrübə.
● LAN, WAN və WLAN şəbəkələri və İT infrastrukturunun dizaynı, quraşdırılması və idarəedilməsi, yaranan problemlərin aradan qaldırılması
● Şəbəkə avadanlıqların (Cisco FirePower, Router, Switch, Access Point, Wireless Controller v.s) təhlükəsizlik qaydalarına uyğun formada hazırlanması və idarəedilməsi
● Şəbəkə texnologiyaları və protokollar ilə işləmək bacarığının olması. (SD-WAN, SDN, SD-Access, Ethernet, Wireless, QoS, STP, EtherChannel, P2P, SİP, HSRP, VRRP, GLBP, İPSec, GRE, İPS/İDS, VPN, TCP/IP, DHCP v.s)
● Static və Dynamic routing protokolları ilə işləmək bacarığı (EIGRP, OSPF , BGP )
● İP telefoniya (VoİP) sisteminin idarəedilməsi və yaranan problemlərin aradan qaldırılması
● VPN texnologiyaları ilə işləmək bacarığı (Site-to-Site, Remote Access, DMVPN)
● Təhlükəsiz şəbəkə girişinin idarəedilməsinin təmin edilməsi üçün ISE (Identity Services Engine) və TACAS, RADİUS kimi protokollar ilə işləmək bacarığı
● L2-L3 şəbəkə təhlükəsizliyin təmin edilməsi (PortSecurity, ARP İnspection, DHCP Snooping, Port ACLs (PACLs), VLAN ACLs (VACLs), Standart, Extended ACLs v.s)
● İngilis və rus dilləri üzrə biliklər:
ixtisaslaşdığı sahə ilə bağlı texniki məsələləri də özündə əks etdirən konkret və mücərrəd mövzularla əlaqəli əsas mətnlərin məğzini başa düşmək və fikrini bildirmək.
● Sahə üzrə iş təcrübəsi ən azı 3 il.
İŞİN TƏSVİRİ:
● Şəbəkə avadınlıqlarının müntəzəm olaraq monitorinqi;
● Şəbəkədə yaranan problemlərin qısa müddətdə analizi və problemin aradan qaldırılması;
● Şəbəkədə edilən dəyişikliklərin və problemlərin qeydiyyatının aparılması;
● Şəbəkə dayanıqlığının təmin edilməsi və lazımı tədbirlərin görülməsi;
● Şəbəkə avadanlıqlarında OS-lərin ən son stabil versiyaya uyğun olaraq yenilənməsi və yoxlanılması;
● Şəbəkə avadanlıqların müntəzəm olaraq konfiqurasiya backup-larının alınması;
● İşlərin təşkili, planlanması, qeydiyyatının aparılması və prioritetlərin təyin edilməsi;
● 24/7 mövcudluğu;
● Şirkətin İT siyasətinə uyğun olaraq daima özünü inkişaf etdirməlidir;
● İnformasiya texnologiyaları sahəsində qabaqcıl texnologiyaların tətbiq olunması, sistemlərin və avadanlıqların yenilənməsi ilə bağlı təkliflərin hazırlanması.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV”-lərə baxılmayacaq. CV-lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34
İşin aid olduğu sahə
Kateqoriya | Bank və BOKT işçisi, İT |