10 C
Baku
Thursday, December 12, 2024

Satış meneceri – “GerLift” Group MMC

0
Satış meneceri – “GerLift” Group MMC
Bakı
26.04.2021

GerLift Group

Lift, avtomatik qapılar, giriş sistemləri, inşaat avadanlıqları

İş barədə məlumat
• Bazarın araşdırılması yolu ilə yeni müştərilərin aşkar edilməsi, müştəri bazasının formalaşdırılması və potensial müştərilərlə işgüzar əlaqələrin qurulması;
• Şirkətin məhsullarına dair tanıtımlar etmək, müştərilərə müəssisə, mal və xidmətlər haqqında dolğun, ətraflı məlumatların verilməsi, suallarının əsaslandırılmış formada cavablandırılması;
• Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
• Yeni və mövcud layihələr üzrə satış strategiyasının hazırlanması, qarşıya qoyulan hədəflərin və satış planının yerinə yetirilməsi;
• Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim olunması;
• Əmək haqqı müsahibə əsasında namizədin bilik və bacarıq səviyyəsinə əsasən təyin ediləcəkdir ;
• Satış həcmindən yüksək bonus;
• İş qrafiki: 09:00 – 18:00;
• İstirahət günü – Bazar günü

Namizədə tələblər
• Ali təhsil;
• Dil bilikləri: Azərbaycan dili, Rus dili və İngilis dili biliyi arzuolunandır;
• Marketinq və satış sahəsində 3-5 il iş təcrübəsi;
• İnşaat avadanlıqları, lift və avtomatik qapıların satışı sahəsində təcrübəsi olanlara üstünlük veriləcəkdir;
• Mc. Office proqramlarını yaxşı şəkildə bilmək ;
• Müştərilərlə konsultasiya və satışın reallaşdırılması bacarığı;
• Güclü ünsiyyət və danışıq aparmaq qabiliyyəti ;
• Müştərilərə malı təqdim etmək bacarığı;
• Satış işinin qurulması bacarığı;
• Məsuliyyət,dinamiklik;
• Sürücülük vəsiqəsinin olması;
• Şəxsi avtomobilin olması;
• Yaş həddi : 25-35

Maraqlanan namizədlərdən öz CV-lərini [email protected] poçt ünvanına, mövzu bölməsində satış meneceri yazmaqla göndərmələri xahiş olunur.

QEYD: Tələblərə uyğun olmayan və “Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq.

www.gerlift.az

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər