10 C
Baku
Thursday, December 12, 2024

Satışa dəstək şöbəsinə mütəxəssis/baş mütəxəssis – Rabitabank ASC

0
Satışa dəstək şöbəsinə mütəxəssis/baş mütəxəssis – Rabitabank ASC
10.04.2019

Rabitabank” ASC-nin Satışa dəstək şöbəsinə mütəxəssis/baş mütəxəssis vakansiyası üzrə işə qəbul elan edir.

Ölkənin ən iri banklarından biri olan Rabitəbank ASC Sizə uğurlu karyera qurmaq, şəxsi inkişafınıza peşəkar komandada nail olmaq imkanı yaradır. Rabitəbank öyrənməyə meyilli olan, pozitiv, işinə yaradıcı yanaşan şəxslərin axtarışındadır.

Vəzifə öhdəlikləri:

  • Kreditləşməyə, qeyri-kreditə və korporativ satışa aid tələb olunan hesabatları vaxtında və düzgün hazırlamaq;
  • Maliyyə fondları ilə işləmək və onlarla sənəd mübadiləsini təşkil etmək;
  • Kredit işçilərinin, kredit menecerlərinin və filial rəhbərlərin mükafatlarını hesablamaq və ödəniş edilməsi üçün müvafiq struktura təqdim etmək;
  • Gördüyü işlər barədə Şöbə rəisinə həftəlik hesabat vermək;
  • Tələb olunduqda şöbə rəisini əvəz etmək;
  • Şöbənin özündən aşağı vəzifədə çalışan əməkdaşlarının bilik səviyyəsinin artırılmasına səy göstərmək;
  • Nizam-intizam (əmək və icra intizamı) qaydalarına riayət etmək;
  • Bank və kommersiya sirrini qorumaq;
  • Birbaşa özününün habelə strukturun fəaliyyətinə aid olan digər vəzifələri həyata keçirmək;
  • Bankın rəhbərliyinin habelə birbaşa rəhbərinin müvafiq struktur bölmənin fəaliyyəti ilə bağlı göstərişlərini yerinə yetirmək;
  • Özünün çalışdığı müvafiq sahəyə aid olan Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərini, eləcə də Bankdaxili normatv sənədləri (qayda, təlimatlar, siyəsətlər və s.)  bilmək və onlara riayət etmək.

Vəzifəyə olan tələblər:

 

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat üzrə olması arzuolunandır);
  • Bu və yaxud oxşar sahələrdə azı 1 il 6 ay iş təcrübəsi;
  • Vəzifə təlimatı üzrə nəzərdə tutulmuş funksiyaların yerinə yetirilməsi üçün tələb olunan peşakar biliklərə malik olmaq (Microsoft Excel yüksək səviyyədə bilməsi, riyazi biliklər, kreditləşmənin əsasları və s.);
  • Analitik düşüncəyə malik olmaq;
  • Komandada işləmək bacarığı;
  • Operativ və düzgün qərar vermək bacarığı;
  • Təşəbbüskarlıq;
  • Stressədavamlılıq;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olmaq.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində Satışa Dəstək şöbəsinə mütəxəssis/baş mütəxəssis göstərməyiniz xahiş olunur. 

Əlaqə vasitələri:

E-mail: [email protected] 

Telefon: (012) 598 44 88, 

Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33

İşin aid olduğu sahə

KateqoriyaKorporativ kreditlər