13 C
Baku
Friday, April 19, 2024

Təcrübə proqramı – ParaBokt

0
Təcrübə proqramı – ParaBokt
Astara, Bakı, İmişli, Lənkəran, Masallı, Quba, Sabirabad, Salyan, Siyəzən, Xaçmaz
01.11.2021
Təcrübə proqramı

PARABOKT təcrübə proqramı

PARABOKT kredit və satış sahəsi üzrə Bakı, Quba, Xaçmaz, Siyəzən, Masallı, Lənkəran, Astara, Sabirabad, Salyan və İmişli filialları üçün təcrübə proqramı elan edir. Proqram kredit və bank sahəsinə marağı olan gənclərə təcrübə qazanmaq və gələcəkdə Paraboktda çalışanlardan biri olmaq imkanını yaradır. Parabokt tərəfindən irəli sürülən bu təşəbbüs tələbələrin və ya iş potensialı olub ali təhsili olmayan gənclərin gələcəkdə peşəkar təcrübə əldə etməsində və Parabokt-da karyera qurmasında dəstəyini təmin edir.

Bu təcrübə proqramı iştirakçılara qazandıracaq:

  • Real iş mühiti ilə tanışlıq
  • Təcrübəçilərin öz sahəsində ixtisaslaşmış əməkdaşların rəhbərliyi altında praktiki və kredit sahəsi üzrə biliklərə yiyələnmə şansı
  • Təşkilatın təşkil etdiyi onlayn və ənənəvi təlimlərdə iştirak fürsəti
  • Təcrübə proqramını uğurla başa vuran namizədlərin təşkilatımızda işlə təmin olunması
  • Eyni zamanda, proqramı uğurla başa vuran təcrübəçilərin sertfikatla təltif olunması

Maraqlanan şəxslərin CV-lərini “təcrübə proqramı (müvafiq region yazılmaqla)” başlığı ilə [email protected] ünvanına göndərmələri xahiş olunur.

Qeyd edək ki yalnız tələblərə uyğun olan  namizədlərlə əlaqə saxlanılacaq. Bundan əlavə, göndərilən bütün CV-lər məxfi məlumat bazasına daxil edilir.

 

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi, Təcrübə proqramları