8 C
Baku
Thursday, March 28, 2024

Təkrarsığorta üzrə asistent – PASHA Insurance

0
Təkrarsığorta üzrə asistent – PASHA Insurance
Bakı
02.08.2021

PAŞA Sığorta” ASC namizədləri “Təkrarsığorta üzrə asistent” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Şirkətin sığorta portfelinin daxilindən təkrarsığorta mühafızəsini tələb edən risklərin təkrar sığortasını təmin etmək;
• Aparıcı yerli və xarici təkrarsığorta şirkətləri və brokerləri ilə uzunmüddətli əməkdaşlıq münasibətləri yaratmaq;
• Sığorta şirkətləri, brokerlər və təkrarsığorta şirkətləri üçün müvafiq təqdimatların hazırlanmasında birbaşa rəhbərinə köməklik göstərmək;
• Ötürülən t/s müqavilələri üzrə Təklifləri diqqətlə analiz etmək və birbaşa rəhbərinin razılığı ilə müvafiq risklərin bu və ya digər şirkətdə təkrarsığortalanması barədə qərar qəbul etmək;
• Fakültativ təkrarsığorta üzrə sliplər hazırlamaq, həmçinin müqavilələrin bağlanmasında iştirak etmək;
• Bağlanan müqavilələrin sistemdə düzgün əksolunmasına nəzarət etmək. Tərəfindən aparılan və imzalanmış müqavilələrin sürətlərini sistemdə əks etdirmək;
• Tərəfindən aparılan ötürülən t/s müqavilələri üzrə invoysların təqdim edilməsi;
• Birbaşa rəhbərinin tapşırığına əsasən obliqator təkrarsığorta müqavilələrinin tərtib edilməsində iştirak etmək;
• Partnyorlardan daxil olan təkrarsığortaya aid sorğuların vaxtı-vaxtında və prosedura əsasən cavablandırılması;
• Daxil olan t/s müqavilələri üzrə ödənişlərin vaxtı-vaxtında köçürülməsi üçün maliyyə departamentinə lazım olan sənədləri hazırlayıb təhvil vermək;
• Şöbədə istifadə olunan sənədlərin effektiv uçotunun həyata keçirilməsi;
• Daxil olan təkrarsığorta risklərinin yenilənməsi prosesinə nəzarət etmək;
• Kreditor və debitor borcların araşdırılmasında və əlaqələndirilməsində Maliyyə Departamentinə dəstək göstərmək;
• Daxil olan və ötürülən təkrarsığorta hadisələri ilə bağlı Sığorta İddiaları departmentinə kommunikasiya işlərində yardımçı olmaq.

BİLİKLƏR

• İqtisadi və ya riyazi sahədə ali təhsil;
• Dil bilikləri: Azərbaycan, Rus və ingilis dillərini yüksək səviyyədə bilmək.

BACARIQLAR

• Operativlik
• Təşəbbüskarlıq;
• Stressli vəziyyətlərdə həll etmək qabiliyyəti;
• Komandada işləmək bacarığı;
• Dəqiqlik;
• Detallara diqqət yetirmək qabiliyyəti;
• Analitik düşünmə və yüksək riyazi analiz qabiliyyəti;
• Problem həll etmə bacarığı.

Son müraciət tarixi: 15 avqust 2021.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta