7 C
Baku
Thursday, December 12, 2024

Tibbi və səyahət sığortası üzrə növbətçi assistent – PASHA Insurance

0
Tibbi və səyahət sığortası üzrə növbətçi assistent – PASHA Insurance
Bakı
18.11.2021

Vəzifə və öhdəliklər:

  • İş vaxtı ərzində sığorta olunmuş şəxslərə sığorta proqramına dair məsləhət xidmətinin göstərilməsi, sığorta olunanların hüquq və vəzifələrinin izahı;
  • İş vaxtı ərzində sığorta hadisələri ilə bağlı müraciətlərin müvafiq tibb müəssisələrinə yönləndirilməsi;
  • Ehtiyac olduqda sığorta olunan şəxslərə tibbi yardım göstərilməsi və ya hospitalizasiya məqsədilə tibb müəssisəsinin seçimində köməklik, sığorta olunanların hospitalizasiyasının təşkili;
  • Sığorta olunan şəxslərin maraqlarının müdafiəsi məqsədilə tibb müəssisələrinin sığorta şöbələrinin nümayəndələri və müalicə həkimləri ilə bilavasitə danışıqların aparılması;
  • Tibbi sığorta üzrə baş vermiş sığorta hadisələrinin ilkin tənzimlənməsi üzrə işlərin aparılması, sığorta olunanların müraciət faktları ilə bağlı tibb müəssisələrindən daxil olan məlumatların ProTech Sisteminə daxil edilməsi;
  • Birbaşa rəhbərin digər tapşırıqlarının yerinə yetirilməsi.

Biliklər:

  • Tibb üzrə ali təhsil;
  • Komyuter bilikləri: Microsoft Office proqram təminatı paketi üzrə əsas biliklər;
  • Dil bilikləri: Azərbaycan və rus dillərini sərbəst bilmək, ingilis dilində baza danışıq bacarığı arzu olunandır.

Təcrübə:

  • Tibbi sığorta sahəsində və ya müvafiq səhiyyə sahəsində ən azı 1 il iş təcrübəsi arzu olunandır.

Bacarıqlar:

  • Ünsiyyət qurmaq bacarığı;
  • Qeyri standart vəziyyətə  cəld reaksiya vermək.

Son müraciət tarixi: 31 dekabr 2021

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi göndərin.

İşin aid olduğu sahə

KateqoriyaSığorta