6 C
Baku
Sunday, December 15, 2024

Verilənlər Bazasının Administrasiyası Şöbəsinin mütəxəssisi (DBA) – Bank Respublika ASC

0
Verilənlər Bazasının Administrasiyası Şöbəsinin mütəxəssisi (DBA) – Bank Respublika ASC
Bakı
09.06.2020

“Bank Respublika” ASC İnformasiya Texnologiyalarına Dəstək Departamentinə “Verilənlər Bazasının Administrasiyası Şöbəsinin mütəxəssisi (DBA)” vəzifəsi üzrə vakansiya elan edir.

Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.

Ümumi vəzifə öhdəlikləri:

• Bankın mövcud layihələrində iştirak və hazır sistemlərə yeni funksionalın əlavə edilməsi;
• Yeni proqramların yaradılması.

Namizədə qarşı tələblər:

• Ali təhsil (aidiyyatı sahə üzrə);
• PL/SQL və PL/pgSQL vasitəsi ilə SQL-sorğuların yazılması, prosedur və paketlərin yaradılması bacarığı;
• PostgreSQL məlumat bazalarının inkişafı və dəstəklənməsi;
• Bütün məlumat bazalarının 24/7 rejimində işləkliyini təmin etmək;
• Daxili serverlər üçün məlumat bazalarını təmin etmək;
• Proseslərin avtomatlaşdırılması üçün SQL-sorğuların yazılması;
• Verilən tapşırıqları vaxtında yerinə yetirmək bacarığı;
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.

Sizə nə təklif edirik?

• Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
• Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
• Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
• Əlverişli iş mühitində çalışmaq imkanı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini email-in mövzu hissəsində “Verilənlər Bazasının Administrasiyası şöbəsinin mütəxəssisi (DBA)” qeyd edərək [email protected] elektron ünvanına göndərə və ya müraciət etmək üçün aşağıdakı linkə daxil olub şəxsi kabinet yaradaraq müraciət edə bilər: (https://www.bankrespublika.az/user/az/login)

Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

İşin aid olduğu sahə

KateqoriyaBank və BOKT işçisi