Şəki
28.04.2023
Namizədə qoyulan tələblər:
- Şəki şəhərində yaşamalı
- Minimum 6 ay bu sahədə iş təcrübəsi olmalı
- Ali təhsilli şəxslərə, bank sahəsində xüsusən də xəzinədarlıqda çalışan şəxslərə üstünlük verilir
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı
Vəzifə öhdəlikləri:
- Pul vəsaitlərinin və qiymətli kağızların qorunub saxlanılmasını təmin edən qaydalara riayət etməklə onların qəbulu, sayılması, mühafizəsi və təhvil verilməsi üzrə əməliyyatların yerinə yetirilməsi;
- İnkassatorların terminallardan inkassasiya etdikləri və hesabdarlara təhvil verdikləri bağlamaların birgə aktla təhvil alınması və sayılması.
- Z-qəbzindəki məlumatlar ilə faktiki sayılmış vəsaitin üzləşdirilməsi əsasında inkassasiya aktları üzrə pulların sayılması,aktlarda qeyd edilməsi,akt üzrə ümumi qalığın hesablanması;
- Sayılmış vəsaitin ümumi qalığının əskinaslar üzrə bağlama şəklində,bağlamaların üzərindəki karton örtükdə imza etməklə,inkassasiya və təhvil aktı ilə birlikdə Mühasib-Xəzinədara təhvil verilməsi
İş şəraiti:
- Ofis daxili;
- İş rejimi həftənin 6 günü
- Təşəbbüskar təkliflərin dəyərləndirilməsi;
- Əmək haqqının 15 gündən bir ödənilməsi;
- Tibbi sığorta təminatının verilməsi;
- Nahar təminatının qarşılanması
- “Birlikdə istirahət” tədbirlərinin keçirilməsi
Maraqlananlardan xahiş olunur, öz CV-lərinizi email ünvanına göndərəsiniz. Yalnız qeyd edilən tələblərə cavab verən namizədlərin CV-lərinə baxılacaqdır. Göndərilən CV-lərdə mövzu adı yerində “Xəzinədar (Şəki)” yazılmalıdır. [email protected]