10 C
Baku
Wednesday, December 11, 2024

Yük Gömrük Bəyyanaməçisi – Sinteks Group of Companies

0
Yük Gömrük Bəyyanaməçisi – Sinteks Group of Companies
25.02.2019

1996-cı ildə Bakı şəhərində əsası qoyulan Sinteks MMC bu gün Qafqaz və Mərkəzi Asiyada ən böyük və uğurlu pərakəndə satış  şirkətlərindən biridir.

SINTEKS öz üzərinə tanınmış beynəlxalq moda evlərindən tutmuş yeni yaranmış markalara kimi,  dünyanın aparıcı moda brendlərini təmsil etməyi götürüb.

Qrup dəb, zərgərlik və qida sahələrində 80-dən artıq mağazaya rəhbərlik edir.

Hal hazırda Yük Gömrük Bəyyanaməçisi  tələb olunur.

Vəzifə öhdəlikləri:

• Logistika üzrə administratorlar tərəfindən təqdim edilmiş / Gömrük məlumat bazasında olan sənədlərin yoxlanılması
• Malların tarif kodlaşdırma sisteminə uyğun olaraq təsnifləndirməsi
• Mallar haqqında məlumatların nizamlamalara uyğunluğunun yoxlanılması 
• Logistika üzrə menecerin təsdiqi ilə, vəkillik səlahiyyətlərindən istifadə edərək gömrük rəsmiləşdirməsi üzrə administrator adından müvafiq sənədlərin imzalanması 
• Vergi və tarif ödənişlərinin düzgünlüyünün yoxlanılması
• İdxal/ixrac haqqında qanunlarına və nizamnamələrinə edilən dəyişikləri müvafiq ədəbiyyatlara müraciət edərək mütəmadi olaraq izləmək, gömrük nizamlamalarına aid yeniliklərdən xəbərdar olmaq
• Müvafiq sənədlərin (fakturaların, mənşə sertifikatların, müqavilələrin, biletlərin və s.) tələb edilməsi 
• Lazımi sənədlərin Gömrük məlumat bazasına yerləşdirilməsi
• Yazılı məlumatların düzgünlüyünün yoxlanılması (müqavilənin tarixi, ödəniş növü, gömrük vergiləri, aksizlər və s.)
• Göndərişlərin, çatdırılma müddətlərinin, nəqliyyat xərclərinin və səmərəliliyin mütəmadi olaraq izlənilməsi

Namizədə qoyulan  tələblər:

• Azərbaycan Respublikasının Gömrük qanunvericiliyinin əla səviyyədə bilmək, elektron məlumat bazasında (asan imza) bəyannamələrlə işləmək təcrübəsinin olması, Incoterms haqqında biliklərin olması
• Bəyannamələrinin növləri/rejimlərinin haqqında biliklərin olması
• HS kodlaşdırma haqqında biliklərin və malları təsnifləndirmə bacarığının olması
• Azərbaycan, Rus və İngilis dillərini yaxşı səviyyədə bilmək
• Office proqramlarının yaxşı səviyyədə bilmək
• Bəyannamələrin tərtibatı üzrə azı 1 il iş təcrübəsinin olması
• Müxtəlif nəqliyyat vasitələri ilə (hava, dəniz, yük maşını, konteyner və s.) çatdırılan mallar üçün bəyannamələrim tərtibatında təcrübənin olması
• Pərakəndə satış sahəsində Logistika üzrə təcrübəsinin olması

Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] e-mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Yük Gömrük Bəyyanaməçisi ” qeyd etmələri xahiş olunur.

İşin aid olduğu sahə

KateqoriyaDigər şirkətlər