7 C
Baku
Thursday, December 12, 2024

Kanada dolları uçot dərəcəsinin artırılmasından sonra kəskin bahalaşıb

Kanada Mərkəzi Bankı son 3 ay ərzində uçot dərəcəsini 2-ci dəfə artırıb.

“İnterfax”a istinadən, maliyyə bazarları uçot dərəcəsinin 0,75% səviyyəsində saxlanılacağını proqnozlaşdırsalar da, sözügedən göstərici 1%-ə qaldırıb.

Son nəticədə Kanada dolları ABŞ dolları qarşısında 2,25% dəyər qazanaraq 26 aylıq rekordu yeniləyib. Belə ki, CAD/USD nisbəti 1,2417 -dən 1,2136-ya düşüb, hazırda isə 1,218-dir. Son 4 ayda isə Kanada dolları ABŞ dollarına nisbətən 12% möhkəmlənib.

Kanada Mərkəzi Bankı gələcək pul-kredit siyasətini iqtisadi göstəricilərə və maliyyə bazarlarındakı konyunktura uyğun olaraq müəyyən edəcəyini bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər