“Kapital Bank” ASC 2020-ci ilin ilk rübü ərzində biznes kreditlərinə daha çox güc verib.
Banker.az bankın I rüb üzrə maliyyə hesabatına istinadən xəbər verir, müştərilərə verdiyi kreditin ümumi portfeli 12% artımla 2 milyard 42,07 milyon manat təşkil edib.
Portfelin 1 milyard 349,20 milyon manatı (+1) istehlak kreditləri, 635,98 milyon manatı (+47%) biznes kreditləri və 56,89 mln. manatı (+8%) daşınmaz əmlaka verdiyi kreditlər təşkil edib.
Rübün əvvəlində istehlak kreditləri 1 milyard 334,79 milyon manat biznes kreditləri 433,89 milyon maat və daşınmaz əmlak kreditləri 52,54 milyon manat təşkil edirdi.