1 C
Baku
Saturday, December 14, 2024

“Kapital Bank”dan 83 milyon manatdan çox mənfəət

“Kapital Bank” ASC 2023-cü ilin 1-ci rübünü 83 milyon 519 min manat xalis mənfəətlə başa vurub. 2022-ci ilin eyni dövründə isə bankın mənfəəti 50 milyon 405 min manat təşkil edib ki, bu da illik müqayisədə 66% artım deməkdir.

Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.

GƏLİRLƏRİ KƏSKİN ARTIB

2023-cü ilin ilk 3 ayında Kapital Bankın cəmi gəlirləri 266 milyon 959 min manat (əvvəlki ilə nisbətən 17% çox), xərcləri 154 milyon 813 min manat təşkil edib.

AKTİVLƏRİ 8 MİLYARD MANATA YAXINLAŞIB

Bu il aprelin 1-nə “Kapital Bank”ın aktivləri 7 milyard 728 milyon manat olub ki, bu da ötən ilin sonuna nisbətən 11.4% çoxdur. Bunun 3 milyard 225 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, 2023-cü ilin ilk rübündə Bankın kredit portfeli 11% böyüyüb.

BANKIN DEPOZİT PORTFELİ KƏSKİN BÖYÜYÜB

Hesabat dövründə bankın öhdəlikləri 6 milyard 387 milyon manatdan 6 milyard 822 milyon manata çatıb. “Kapital Bank”ın depozit portfeli 8% artaraq 5 milyard 913 milyon manat təşkil edib. O cümlədən, fiziki şəxslərin depozitləri 1 milyard 759 min manat, hüquqi şəxslərin depozitləri isə 4 milyard 154 milyon manat olub.

kp1 kp2

 

Son xəbərlər
Digər xəbərlər