8 C
Baku
Friday, March 29, 2024

Kapital Bankın “Smart tələbə kartı” məhsulunun xüsusiyyətləri

Banker.azın ötən həftə verdiyi məlumata görə, KapitalBank Azərbaycan bank bazarı üçün yeni bir məhsulunu buraxmışdır.

Bu kart digər kartlardan fərqli fiziki xüsusiyyətə malikdir. Belə ki, bu kartların pəstahları mifare texnologiyalı olduğu üçün, onları ödəniş kartı kimi istifadədən əlavə turniketdən keçid üçün də istifadə etmək mümkündür. Beləliklə universitetə, eyni zamanda universitet daxilində kitabxana və s. yerlərə daxil olmaq üçün tələbələrə icazələrin verilməsi və onların qeydiyyata alınmasında bu kartlar yardımçı olacaqdır.

Həmçinin, KapitalBankın BirBank mobil tətbiqinə bu kartları əlavə etməklə tətbiqin bütün xidmətlərindən yararlanmaq mümkündür, bu kartlara cash-in əməliyyatları (Kapital Banka məxsus ATM-lərdə karta mədaxil) pulsuzdur.

Məlumat üçün bildirək ki, bu kartlar  tələbələrə pulsuz təqdim ediləcək. Universitetdən təqaüd alan tələbələrin təqaüdləridə məhz bu kartlara köçürüləcəkdir.

1 2Kartın texniki parametrlərinə gəldikdə isə, təqdim olunan kartlar Mastercard Debit məhsuludur  Kartın bir tərəfində tələbə biletinə aid olan məlumatlar (Universitetin adı, rəmzi, tələbənin adı, şəkli, oxuduğu fakultə, qrup və s.), digər tərəfində isə bank, ödəniş təkilatı və ödəniş kartına aid məlumatlar əks edilir. Bundan əlavə yuxarıda qeyd edildiyi kimi, kart Mifare texnologiyası əsasında hazırlandığı üçün tələbələrin universitet daxilində keçid vaxtları və keçdiyi yerlər qeydə alınır.

2 1

 

Son xəbərlər
Digər xəbərlər