“Kredobank” ASC-nin səhmdarlarının sayında və pay bölgüsündə dəyişiklik olub.
“KredoBank”ın bu ilin yanvarın 1-nə nizamnamə fondu 68 mln. 940 min manat təşkil edib. İndi bankın səhmdarları 8 hüquqi və 7 fiziki şəxsdən ibarətdir.
Qeyd edək ki, fiziki şəxslərin nizamnamə kapitalında iştirak payı 70%, hüquqi şəxslərin iştirak payı isə 30% təşkil edir.
Xatırladaq ki, 2015-ci ilin yanvarın 1-nə “KredoBank”ın nizamnamə fondu 50 mln. 540 min manat təşkil edib. Həmin dövrdə bankın 7 hüquqi və 7 fiziki şəxs olmaqla ümumilikdə 14 səhmdarı olub.
APA