Namizədə dair tələblər:
- Ali təhsil (İqtisadi / hüquq);
- Kargüzarlıq işinin təşkili üzrə nəzəri və praktiki biliklər;
- Hesabat tərtib etmə bacarığı,
- Planlaşdırma, analitik düşüncə və ünsiyyətqurma bacarığı;
- Səlis Azərbaycan və yaxşı səviyyədə ingilis dili bacarığı;
- İT resursları və ofis proqramları ilə işləmək bacarığı.
İşin təsviri:
– Katibliyin əməkdaşları arasında iş bölgüsü aparır və onların fəaliyyətinə nəzarəti həyata keçirir;
– Palatada kargüzarlıq fəaliyyətinin tənzimlənməsinə nəzarəti həyata keçirir, eləcə də sənədlərlə iş məsələlərinə dair əməli tövsiyələr verir;
– Palataya daxil olan sənədlərin qəbulu, qeydiyyatı və rəsmiləşdirilməsinə nəzarəti həyata keçirir;
– Sənədlərə, o cümlədən, vətəndaşların müraciətlərinə baxılması gedişinə və müddətlərinə nəzarəti həyata keçirir, bu barədə təhlil aparır və mütəmadi olaraq rəhbərliyə məlumat verir;
– Palatanın struktur bölmələrində istifadə edilmək üçün lazım olan blankların və eləcə də iş prosesində korlanmış blankların uçota alınması və paylanmasına nəzarəti həyata keçirir;
– Palatanın struktur bölmələrindən arxivə sənədlərin müəyyən qaydada qəbuluna, uçotuna, mühafizəsinə və onlardan istifadəyə nəzarət edir;
– Katibliyin aylıq, rüblük və illik fəaliyyətini əks etdirən hesabatların hazırlanmasına nəzarət edir;
– Katibliyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə strateji və taktiki fəaliyyət planlarının hazırlanmasını təşkil edir, onları və digər sənədləri təsdiq edilməsi üçün rəhbərliyə təqdim edir və icrasına nəzarət edir;
– Direktorlar Şurasının iclaslarının keçirilməsini təşkil edir və iclasın yekunlarına dair protokollar hazırlayır
Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.
Əlaqə vasitələri:
E – mail : [email protected]