Azərbaycanda iri kosmetika şirkəti olan “Gazelli Group” MMC-nin nizamnamə kapitalı 2022-ci ildən bu tərəfə ilk dəfə artırılıb.
Banker.az xəbər verir ki, kosmetika şirkətinin nizamnamə kapitalına əlavə 10 milyon manat yatırılıb ki, bu da 23.8% artım deməkdir.
Bununla da şirkətin nizamnamə kapitalı 52.03 milyon manat artırılıb.
Şirkət 1999-cu ildə Zərifə Həmzəyeva tərəfindən təsis edilib və o həmçinin şirkətin prezidentidir.
Zərifə Həmzəyeva Banker.az-ın “Ən böyük bank səhmdarı” siyahısında ikinci sırada qərarlaşır. O, “Premium Bank” ASC-nin əsas səhmdarıdır.