14 C
Baku
Thursday, March 28, 2024

Kriptosənaye 2021-ci ildə rekord $30 mlrd. cəlb edib

Kriptosənaye 2021-ci ildə rekord 30 milyard dollar vençur investisiya cəlb edib.

Banker.az xəbər verir ki, bu, sektorun mövcud olduğu bütün illərdə qoyulmuş sərmayədən çoxdur. Xatırladaq ki, 2018-ci ildə 8 milyard dollar investisiya cəlb edilmişdi və bu, indiyədək rekord sayılırdı.

“Blockchain Capital”ın baş direktoru Spenser Boqart izah edib ki, kriptovalyuta bazarı son illərdə əhəmiyyətli dərəcədə artıb və təkcə bitkoin ilə məhdudlaşmır. Mütəxəssis mərkəzləşdirilməmiş maliyyə (DeFi) sektorunun, mərkəzləşdirilməmiş oyun sənayesinin (GameFi), qeyri-işlənə bilən tokenlərin (NFT) və digər kriptovalyuta sahələrinin meydana çıxmasını xatırladır.

2021-ci ilin dekabrına olan məlumata görə, proqram tərtibatçısı “Microstrategy” ictimai şirkətlər arasında ən böyük bitkoinin sahibi hesab olunur. Şirkət 5.6 milyard dollardan çox 122.5 min BTC əldə edib.

İkinci yerdə – elektromobil istehsalçısı “Tesla” dayanır. Şirkət 43.2 min BTC kriptovalyutasına sahibdir, onların ümumi dəyəri 1.9 milyard dollardan çoxdur. Üçüncü sırada 368 milyon dollar dəyərində BTC alan Cek Dorsinin “Square” şirkəti yer alıb.

Ötən həftə ABŞ Konqresinin beş üzvünün kriptovalyuta bazarına sərmayə qoyduğu məlum olub. Dekabrın əvvəlində “Grayscale Investments” sorğusunun nəticələri açıqlanıb, hansıki amerikalı investorların 26%-nin bitkoinə sahib olduğu məlum olub.

Son xəbərlər
Digər xəbərlər