14 C
Baku
Thursday, April 25, 2024

Kriptovalyuta maynerləri Qazaxıstandakı fəaliyyətlərini dayandıra bilərlər

Qazaxıstanda internetin kəsilməsi və kriptovalyuta mayninqinə qarşı yönələn qanunların qəbul edilməsindən sonra maynerlərin ölkədən qaçması prosesi başlaya bilər. Ola bilsin ki, bu, mayninq avadanlıqlarının istismar müddətinin başa çatmasına qədər təxirə salınacaq, yeni texnikalar isə artıq digər ölkələrdə quraşdırılacaq.

Cümə axşamı, yanvarın 6-sında bitkoinin qiyməti keçən ilin sentyabrından bəri ilk dəfə 43 min dollardan aşağı düşüb. Dünyanın ən populyar kriptovalyutası 8%-dən çox ucuzlaşıb, kəskin azalmadan sonra qiymət 43 min dollar üzərində sabitləşib. Dünyanın ikinci ən böyük mayninq mərkəzi olan Qazaxıstanda internetin kəsilməsi, Çindən qaçan maynerlər üçün növbəti zərbə kimi qiymətləndirilib.

Pekin 2021-ci ilin may ayında bütün bitkoin maynerlərini ölkədən qovduqda, Qazaxıstan onlar üçün bir növ sığınacaq olub. Qazaxıstanın kömür şaxtaları ucuz elektrik enerjisi istehsal edir ki, bu da maynerlərin Çindən Mərkəzi Asiyaya miqrasiyası üçün stimullardan biri hesab olunur.

“İnternet yoxdursa, mayninq də yoxdur”, – deyə qazaxlı kriptofermer Didar Bekbau deyib. Son bir neçə ay ərzində o, öz avadanlıqlarını birləşdirmək üçün təhlükəsiz yer axtaran çinli maynerlərdən saysız-hesabsız sorğular alıb.

“CNBC”nin qeyd etdiyi kimi, Qazaxıstanda internetin kəsilməsi ilə bağlı bu epizod bir daha təsdiq edir ki, bitkoin şəbəkəsi maynerlərin böyük hissəsinin qəfil offlayn rejimə keçdikdən sonra belə yüksək davamlılığa malikdir. Gələcəkdə bu kimi fasilələrin qarşısını almaq istəyən mayerlər, çox güman ki, Qazaxıstandan ABŞ-a miqrasiya edəcəklər.

Qeyd edək ki, Qazaxıstanda mayninqə mane olan yeni qaydalar müəyyən edilib. Onların sırasında 2022-ci ildən kriptovalyuta maynerləri üçün əlavə vergilər haqqında qanun da var. “İnternetin kəsilməsi ölkədə yeni mayninq imkanlarını de-fakto olaraq qadağan etmək cəhdindən sonra baş verib, buna görə maynerlər mövcud siyasi risklərdən xəbərdardırlar”, – deyə “Castle Island Ventures”in həmtəsisçisi Nik Karter söyləyib.

Qazaxıstanın Blokçeyn və Məlumatların Emalı Mərkəzləri Milli Assosiasiyasının prezidenti Alan Dorjiyev bildirib ki, mayninq avadanlıqlarının böyük hissəsi etiraz aksiyalarının olmadığı regionlarda yerləşdiyinə görə heç bir təhdid yoxdur. O, gələn həftəyə “hər şeyin yaxşı olacağını” proqnozlaşdırıb.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər