10 C
Baku
Wednesday, December 11, 2024

Kriptovalyutanın qanuniləşdirildiyi 15 ölkə

Bəzi ölkələr kriptovalyutanı qəti şəkildə rədd edirlər və onu gündəlik həyata daxil etməyə çəkinirlər. Onlardan fərqli olaraq, digərləri rəqəmsal aktivləri qanuniləşdirirlər. 

Almaniya

Almaniyada kriptovalyuta aktivləri şəxsi pul kimi müəyyən edilir. Onların köməyi ilə kommersiya şirkətləri və bank strukturları öz aralarında ödəniş edə bilərlər. Qeyd edək ki, Almaniya rəqəmsal aktivləri hüquqi səviyyədə tənzimləyən ilk Avropa İttifaqı (Aİ) ölkələrindən biridir. Rəqəmsal valyutaların buraxılması, saxlanılması və ticarəti, eləcə də mayninq Almaniyada leqaldır.

Belarus

Bu ölkədə kriptovalyutanın leqallaşdırılması 2017-ci ilin sonunda baş verib. Bir qədər sonra isə “Rəqəmsal iqtisadiyyat haqqında” qanun qəbul edilib. Vurğulamaq vacibdir ki, Belarusda kriptovalyuta bazarı 2049-cu ilə qədər vergidən azad edilib. Ölkə vətəndaşları rəqəmsal pulları saxlaya və dəyişdirə, həmçinin onu alıb-sata bilərlər. 2020-ci ildə Belarus Mərkəzi Bankı virtual aktivlərin mübadiləsi üçün onlayn xidmətə başlayıb.

İspaniya

Burada kriptovalyuta 2014-cü ilin əvvəlində elektron ödənişlərin hüquqi formasına çevrilib. 2016-cı ildə dövlət mədənçilərin lisenziya üçün qeydiyyatdan keçmələrini və vergi ödəmələrini tələb edən qanunlar qəbul edilib.

İtaliya

Aİ-nin 27 ölkəsi arasında əməliyyatlarda bitkoinin istifadəsinə görə İtaliyanı lider adlandırmaq olar. “Coinmap”a görə, dünyada kriptovalyuta ilə ödənişləri qəbul edən bütün mağazaların 15%-dən çoxu bu ölkədə fəaliyyət göstərir. Həmçinin İtaliyada 39 kriptomat və bitkoinlərdə ödəniş sisteminin inkişafına yönəlmiş bir layihə var.

Kanada

Burada bitkoin və digər rəqəmsal aktivlər qanuni olaraq ödəniş vasitəsi sayılmır.  Buna baxmayaraq, siz əmtəə və xidmətlərə görə kriptovalyutada ödəniş edə bilərsiniz. Maraqlıdır ki, ölkə ərazisində bitkoin-bankomatlar da fəaliyyət göstərir.

Malta

Bu ölkədə kriptovalyuta tam hüquqlu bazar aləti kimi qəbul edilir. Maltanın Maliyyə Nazirliyi hətta elektron valyutanın dövriyyəsini tənzimləyən yeni müddəaları özündə əks etdirən qanun hazırlayıb. Burada kriptovalyuta şirkətləri də leqallaşdırılıb və ölkə vətəndaşları sikkələrdən ödəniş tranzaksiyası kimi istifadə edə bilirlər.

Norveç

Norveçdə kriptovalyutalar 2013-cü ildə rəqəmsal aktiv kimi tanınıb. Və 2017-ci ildə hökumət bitkoin və digər rəqəmsal aktivlərin bütün alış və satışı üzrə ƏDV-ni ləğv edib.

Salvador

Burada kriptovalyuta rəsmi olaraq 2021-ci ilin sentyabrında tanınıb. O, dollarla bərabər ödəniş vasitəsi kimi istifadə olunur. Ölkə vətəndaşları hökumətin virtual valyutanın geniş yayılması üçün hazırladığı “Chivo” proqramında istifadə edirlər.

ABŞ

ABŞ-da kriptovalyuta 2017-ci ildə qanuniləşdirilib. Eyni zamanda altkoinlər və bitkoinlərlə aparılan bütün əməliyyatlar vergiyə cəlb edilir. Mədən, investisiya və ya kripto ilə mal mübadiləsi nəticəsində əldə edilmiş gəlirə görə həm yerli, həm də federal vergiləri ödənilir. ABŞ-da “Poloniex”, “Bittrex” və başqaları da daxil olmaqla iri kriptovalyuta birjaları fəaliyyət göstərir.

Ukrayna

2021-ci ilin sentyabrında Ukrayna ərazisində virtual valyuta ilə əməliyyatların tənzimlənməsi üçün müddəaları əks etdirən “Virtual aktivlər haqqında” qanun qəbul edilib. Bundan başqa, vergi məcəlləsinə elektron aktivlərlə əməliyyatların vergiyə cəlb edilməsini tənzimləyən dəyişikliklər hazırlanır.

Filippinlər

Burada kriptovalyuta bazarı hələ 2017-ci ildə tənzimlənməyə başlayıb. Filippində istənilən növ elektron valyuta, istənilən növ ödənişi həyata keçirə biləcəyiniz maliyyə aləti statusuna malikdir.

Çexiya

Çexiyada kriptovalyuta dövriyyəsinə icazə verilir. Bununla yanaşı, ölkənin Mərkəzi Bankı hesab edir ki, rəqəmsal aktivlərə əməliyyatların lisenziyalaşdırılmasına ehtiyac yoxdur, əlavə vergilər də ödənilməməlidir. Ölkə hökumətinin yeganə tələbi odur ki, kriptovalyutaların, bitkoin bankomatlarının və valyutaları fiatlara dəyişdirən digər şirkətlərin sahibləri öz müştərilərini yoxlamalıdırlar.

İsveçrə

Ölkə parlamenti kriptovalyutanın tənzimlənməsi haqqında ilk dəfə 2013-cü ildə danışmağa başlayıb. 2016-cı ildən Çuk şəhəri ictimai xidmətlər üçün ödəniş kimi bitkoini qəbul etməyə başlayıb. Və artıq 2017-ci ildəkriptovalyuta startaplarının inkişafı üçün ilk hüquqi platformalar yaradılıb. Bu, kriptovalyutalar və blokçeynlə məşğul olan şirkətlərin işini xeyli asanlaşdırıb. Ölkənin mütərəqqi qanunvericiliyi sayəsində kripto biznesi burada çox populyarlaşıb. Bəzi bölgələrdə elektron valyuta gündəlik həyata fəal şəkildə daxil edilir. Məsələn, Çukada bitkoin 2017-ci ildən kommunal və digər xidmətlərin ödənişi üçün istifadə oluna bilər.

Estoniya

Bu dövlət kriptovalyutalar istiqamətində yurisdiksiya baxımından çox mütərəqqidir. Sakinlər blokçeyn texnologiyasına müsbət münasibət bəsləyirlər və rəqəmsal aktivləri həvəslə qəbul edirlər. Düzdür, onları ənənəvi ödəniş vasitələri ilə deyil, alternativ üsullarla eyniləşdirirlər.

Yaponiya

Kriptovalyutanı tənzimləmə mexanizmləri burada “Mt.Gox” birjasının süqutundan sonra, 2017-ci ildə burada hazırlanmağa başlayıb. Həmin vaxt treyderlər təxminən 850 000 bitkoin itirmişdilər.

Daha sonra, 2017-ci ilin yazında səlahiyyətlilər rəqəmsal valyutanı mal və xidmətlərin ödənilməsi üçün istifadə edilə bilən ödəniş vasitəsi kimi rəsmi olaraq tanıdı. Bununla belə, bitkoin qanuni olaraq 2017-ci ilin yazına qədər valyuta hesab edilmirdi. Sonra isə o, qanuni ödəniş vasitəsi kimi tanındı. Yaponiyada həmçinin kriptovalyuta birjaları da rəsmi statusa malikdir. Yaponiyanı rəqəmsal sikkələrin inkişafında əsas dövlətlərdən biri adlandırmaq olar. BTC blokçeyninin yaradıcıları Martti Malmi və Satoşi Nakamoto tərəfindən hazırlanmış məşhur “Bitcoin.org” internet xidmətinin qərargahı da burada yerləşir. Bu gün Yaponiya kriptovalyutanın tənzimlənməsi sahəsində ən liberal ölkələrdən biridir. “Forbes” jurnalı hətta onun “inkişaf etmiş Bitcoin dövləti” olduğunu yazır.

Biz maliyyə sektorunda yeniliklərə hazır olan ən böyük dövlətləri sadaladıq. Ancaq vəziyyət sürətlə dəyişir və çox güman ki, yaxın gələcəkdə onların sayı daha çox olacaq.

Son xəbərlər
Digər xəbərlər