1 C
Baku
Saturday, December 14, 2024

“Lexus” yeni elektrik krossoverini təqdim edib – Fotolar

Yaponiyanın “Lexus” şirkəti “yaşıl” dalğanın ilk modelini – “Lexus RZ 450e” krossoverini təqdim edib.

lexus rz 450e side e1643778305238 710x351 1

Banker.az xəbər verir ki, avtomobilin premyerası yaza planlaşdırılsa da, onun dizaynını indidən görmək mümkündür.

ocr 4

Yeniliyin prototipi əvvəllər təqdim edilmiş “Toyota bZ4X” olacaq. Hələki “Lexus RZ 450e”nin texniki xüsusiyyətlərini yalnız təxmin etmək olar. Konseptin iddia edilən gücü 400 kVt (544 at gücü), akkumulyatorun tutumu 90 kVt/saat, bir doldurma ilə gediş məsafəsi isə 600 km-dir.

lexus rz 450e rear angle 710x399 1

Əlavə olaraq qeyd edək ki, “Toyota” 2035-ci ilə qədər “Lexus”un tamamilə elektrik brendə çevriləcəyini açıqlayıb.

GI7BksLOQiUYhHJHphaCHXSXNaFl1Gt4Sn1v 4CFMTXXFSD 34UyOpchE9LNgYsQ25fSGUg49yF9HlybGUEMEgxayJ6j0xrlkJTzao5z1zEFoxlZoUD7kY75swogPZ0A5wkE7qKpN1pn1Dc7eFT iQYOA1xxZOoM0aq8OymhlFPgJtw7q KaLSTsruvDAjLdoRuJbeHQozmi

Son xəbərlər
Digər xəbərlər