2 C
Baku
Sunday, December 15, 2024

“Lider TV”nin əmlakı bu şəxsə tapşırıldı

Bakı Kommersiya Məhkəməsinin qərarı ilə müflis elan edilmiş “Lider TV və Radio-Azərbaycan” MMC-yə əmlak inzibatçısı təyin edilib.

Bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Radio Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinin (Teleqüllə) texniki direktoru Mikayıl Hümmət oğlu Abbasovdur.

Xatırladaq ki, ötən gün bağlanmış teleradio şirkəti “Teleqüllə”yə borclu olub. Odur ki, onun əmlakını da “Teleqüllə”nin rəhbəri satacaq.

Kreditorlar suallarla bağlı əmlak inzibatçısına və yaxud “Lider TV və Radio-Azərbaycan”ın yerləşdiyi Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi, ev 83/23 ünvanına müraciət edə bilərlər. Telefon: (12) 497-61-58; 497-88-99.

1622524020 mikayil abbasov

MənbəReport
Son xəbərlər
Digər xəbərlər