5 C
Baku
Saturday, December 14, 2024

Liderlər məzuniyyətə getməlidir?

Mənbə: Harvard business review

21-ci əsrdə  müasir tələblərə uyğun yeni iş yerlərinin tərtibinə dair çoxlu müzakirələr getsə də, heç kəs məzuniyyət günlərinin necə idarə olunmasına dair bir kəlmə belə söyləmir.

 Məzuniyyətlərə dərindən inanan bir insan kimi fikirləşirəm ki, indi liderlərin qarışıq zamanda nəyi edib-etməməli olduqları haqda danışmağın əsl məqamıdır. 

Prezident Oboma fövqəladə hallar zamanı öz məzuniyyət planlarına dəyişiklik etməli və ya öz tətilini təxirə salmalı olan yeganə insan deyil. Qeyri stabillik, hadisələrin gözlənilməz gedişi  icraçı direktorları, xırda biznes sahibkarlarını və ya istənilən sahədən olan  peşəkarları da oxşar situasiyalarda yaxalaya bilər.  Burada tətilə gedən, lakin öz işlərinin başını da boş buraxmayan liderlər üçün nəzərdən keçirmək üçün məsələ təqdim edilmişdir.

Məzuniyyət hekayəsi nə deməkdir?
Məzuniyyətin məntiqi əsası çox spesifik olmalıdır, onu hər hansı əhəmiyyətsiz bir mədəni ənənə ilə əlaqələndirmək düzgün olmaz. Bəzi tədqiqatçılar bildirirlər ki, avropalılar gərəksiz yerə çox uzun məzuniyyətlər götürdükləri halda, amerikalılar və yaponlar çox qısa tətillər ilə kifayətlənməli olur və istirahətə lazımı qədər vaxt ayırmır. İndi “düzgün” müddət hər-hansı isə sövdələşmənin nəticəsi olmuşdur, lakin məzuniyyətlərin vacibliyinin , onun digər hüquqlarla müqayisədə daha əhəmiyyətli olmasının aydın səbəbləri isə diqqətdən kənarda qalmışdır. Məzuniyyət və yaradıcılıq arasında, həmçinin məzuniyyət və sağlamlıq arasında bir əlaqə varmı? Mən belə fikirləşirəm. Təravətlənmə fasilələri. Hər bir kəsin yeniləşmək, enerjisini bərpa etmək və yenidən ailə bağlarını gücləndirmək üçün asudə vaxta ehtiyacı vardır. Uzaqda keçirilmiş vaxt ərzində toplanmış təcrübə təxəyyülü stimullaşdıra və innovasiya təşəbbüslərini daha da canlandıra bilər. Qısa şəkildə desək işdən kənarda keçirilən vaxt ilə iş vaxtı arasında bağlantı-zəncir yaratmaq sözün əsl mənasında çox faydalı ola bilər.

  Məzuniyyət vaxtı nədən ibarətdir?
Ətrafdakı hadisələr. Dünyada daha nələr baş verir?  Hətta rəhbərin öz işinin və ya komandasının  bir hissəsini özü ilə məzuniyyətə aparmasına rəğmən, doğrudanmı bu beyin mərkəzindən uzaqda olmaq üçün düzgün zamandırmı? Avqusta Avropa paytaxtları boş olur, adətən səbəb kimi havaların isti keçirilməsi  göstərilir, lakin maliyyə bazarları tətilə çıxmır, kondisionerlər avqustdakı məzuniyyətlərin miqdarının yetərincə azaltmışdı və ekvatordan cənubda yerləşən, Braziliya kimi inkişaf etmiş ölkələr də özlərinin qış mövsümündən istifadə edərək işləməyə davam edirlər. Hətta məzuniyyət yaxşı bir şey olsa da məzuniyyət vaxtının düzgün seçilməsi, vaxtın səmərəli tənzimlənməsi kəskin anlarda dərhal reaksiya vermə qabiliyyətini artırır, beləliklə liderlər mümkün təhlükə ehtimallardan xəbərdar olur. Böhran dəzgahının işə düşdüyü bir vaxtda, öz məzuniyyətlərinin bir neçə gününün qurban verilməsi, liderlərin öz öhdəliklərinə ciddi yanaşmasını sübut edir.

Bəs lider gedəndə komanda necə olacaq?
Sakit vaxtlarda, yəni müştərilərin, istehlakçıların, alıcıların özlərinin artıq uzaqda olduğu və tabeliyində olan qurumların da tətil götürdüyü bir vaxtda, liderlər rahat şəkildə heç bir narahatlıq olmadan öz məzuniyyətlərindən zövq ala bilərlər. Amma rəhbərlərin tətilə çıxaraq, işləri başqalarının çiyinlərinə qoyduğu bir vaxtda narazılıqlar daha da böyüyür, fərqi yoxdur ki, menecer fikirləşir ki, o kifayət qədər aydın təlimatlar qoyub. Bəzən insanlar istəyib-istəməməklərindən asılı olmayaraq öz tətillərində işləmək məcburiyyətində qalırlar. Əgər kimsə işləyirsə, çox güman ki, o menecerdir.

Sizin davamlı, ehtiyat və təsadüfi hallar üçün planlarınız varmı?
Çətin anlarda, böhranın baş qaldırdığı bir zamanlarda insanların əksəriyyətində belə fikir yaranır ki, işləri idarə edəcək bir insan yoxdur. Qədimi atalar sözündə deyildiyi kimi, pişik evdə olmayanda siçanlar toy-bayram edər. Hətta ən sakit vaxtlarda da əgər lider vəzifələrə görə məsuliyyət daşıyan insanlardan heç biri ilə əlaqə saxlamırsa və boşluq yaranmasına imkan verirsə, həmçinin necə fəaliyyət göstərməyə dair konkret təlimatlar yoxdursa itki və zərər ehtimalları var.  Sıx əlaqə saxlamaq, sadəcə yoxa çıxmaqdan daha yaxşıdır. Liderlərdə nəyin və necə baş verəcəyini gözlədiklərinə dair aydın təsəvvür olmalıdır. Ən əsası da odur ki, onlar hər bir kəsi lazım olanda onların tapmağın mümkün olmasına və ehtiyac olarsa qayıda biləcəklərinə inandırmalıdırlar .

Məzuniyyətlər nəyin simvoludur?
Liderlərin məzuniyyət vaxtı həyata keçirmək üçün seçdiyi məşğuliyyətlər onların öz əməkdaşlarına ötürdüyü mesajın və müştərilərin  onların xarakteri barəsində yaratdığı təəssüratın əsas bir hissəsidir.  Dəyərlərə verilən qiymət çox önəmlidir. Buna görə də ətraf ələmi qorumağa söz verən siyasətçilər, milli parkda turizm səfərinə çıxanlardan və ya xarici lobbistlərlə birlikdə bahalı yaxtalarda içki içənlərdən daha yaxşıdır.   Əgər menecer sərt tədbirlər həyata keçirirsə, yeni işgüzar əlaqə qurmağa çalışırsa və ya həddən artıq dəbdəbəli əşyalara pul xərcləyirsə, demək o düzgün olmayan məkanda düzgün olmayan işlə məşğuldur. Nəzərə almaq lazımdır ki, menecerlərin şəxsi həyatları ilə ictimai fəaliyyətləri arasındakı sərhəd elə də nəzərə çarpan deyil.

Bəzən sadəcə istirahət etmək və əylənmək üçün harasa getmək də çətin bir iş ola bilər. Bir az uzaqgörən davranmaqla daha uzağa getmək olar. Beləliklə dəniz kənarında  eyni vaxta bir neçə tapşırığı həyata keçirməyə çalışaraq, telefonunuza qum doldurmaq əvəzinə, öz məzuniyyətinizi qlobal mobil eranın tələblərinə uyğun şəkildə tərtib etməyə çalışın.

Son xəbərlər
Digər xəbərlər