9 C
Baku
Thursday, December 12, 2024

Livanda ən böyük devalvasiya baş verib

Dərin iqtisadi böhran və xaosun hökm sürdüyü Livan valyutasının tarixində ən böyük devalvasiya baş verib.

Bu ölkədə 1 ABŞ dollarının alış qiyməti 30 min Livan funtuna bərabərdir. Bu, 2019-cu illə müqayisədə 95 faizlik ucuzlaşma deməkdir. Həmin il sabit olan Livan valyutası 1 ABŞ dollarına nisbətdə 1500 funt idi.

Artıq Dünya Bankı Livanda müasir dünya tarixinin ən pis resessiyasının baş verdiyini bəyan edib. Bu dərin böhranın səbəbi kimi isə uzun illər davam edən korrupsiya və siyasi elitanın bərbad idarəçiliyi göstərilib.

Uzun sürən hökumət böhranından sonra ötən ilin sentyabrında Livanda Nəcib Mikatinin rəhbərliyi ilə yeni hökumət qurulub və ölkə iqtisadiyyatına kreditlərin ayrılması məqsədilə Beynəlxalq Valyuta Fondu ilə danışıqlar aparılıb. Lakin Livan iqtisadiyyatının çökməsi prosesi davam edib və hazırda ərzaq, yanacağın qiymətləri rekord həddə qədər qalxıb. İqtisadçılar hesab edirlər ki, yeni hökumətin hələ də tam tərkibdə toplaşa bilməməsi ucbatından maliyyə böhranı daha da dərinləşir. Digər tərəfdən, Livandakı bəzi siyasətçilərin Səudiyyə Ərəbistanı və Körfəzin digər ərəb ölkələrinin ünvanına səsləndirdikləri ittihamlar iqtisadi vəziyyəti daha da ağırlaşdırır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər