Lizinq şirkəti “Partner Finance” QSC 2024-cü ilin ilk yarısı üçün maliyyə hesabatını açıqladı. Hesabat dövründə şirkətin gəlirləri və xərcləri öncəki ilin müvafiq dövrü ilə müqayisədə artıb.
Banker.az xəbər verir ki, 2023-cü ilin ilk yarısında cəmi gəlir 848.92 min manatdan 2024-cü ildə 1 milyon 174.66 min manata yüksəldi, bu da 325.74 min manat və ya 38.37% artım deməkdir.
Faiz gəliri 713.44 min manatdan 2024-cü ilin analoji dövründə 46% artaraq 1 milyon 45.54 min manata yüksəlib. Komissiya gəliri illik 0.94% azalaraq 107.59 min manata, digər gəlir 20% azalaraq 21.53 min manata düşüb.
Cəmi xərclər 2023-cü ildə 415.77 min manatdan 2024-cü ildə 598.82 min manata yüksəldi, bu da 183.04 min manat və ya 44.02% artım deməkdir.
Beləliklə, xalis mənfəət 2023-cü ilin ilk yarısındakı 346.52 min manatdan 2024-cü ildə 460.68 min manata yüksəldi, bu da 114.16 min manat və ya 32.94% artım deməkdir.