Alman aviaşirkəti “Lufthansa”nın ikinci rübdə gəliri 17% artaraq 9.4 milyard avroya çatıb. Şirkətin xalis mənfəəti 240% artaraq 881 milyon avroya çatıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
Avqust və dekabr ayları arasında bilet sifarişləri 2019-cu il pandemiyadan əvvəlki səviyyənin 90%-ni təşkil edir. “Lufthansa” həmçinin bütövlükdə 2023-cü il üçün proqnozunu əhəmiyyətli dərəcədə artırıb.
Buna baxmayaraq, maliyyə hesabatlarının dərcindən sonra “Lufthansa” səhmləri 5.6% ucuzlaşıb. Ekspertlərin fikrincə, bu, investorların maliyyə göstəricilərinə təsir edə biləcək yüksək xərclərdən qorxması ilə bağlıdır. Eyni zamanda, şirkət ilin ikinci yarısında xərclərin yalnız cüzi artım gözlədiyini bəyan edib.