Bu ilin birinci yarısında Rusiyanın “Lukoil” şirkəti 38,2 mln. ton neft hasil edib ki, bu da illik müqayisədə 4,3% azdır.
Hasilat üzrə göstəriciyə “Qərbi Kurna-2” (İraq) layihəsi üzrə istehsal edilən neft daxil deyil.
Qeyd olunur ki, hasilatında azalma dinamikası “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşması ilə əlaqədardır.