-1 C
Baku
Sunday, December 15, 2024

‘Məcburi auditdən yayınan’ 15 şirkətin siyahısı açıqlandı – İndi cərimələnirlər

Azərbaycan Maliyyə Nazirliyi yerli bir neçə şirkət barəsində cərimə protokolu tərtib edib.

Banker.az-ın əldə etdiyi məlumata görə, Nazirliyin bu şirkətlər barəsində iddiası məcburi auditdən yayınmadır. Adıçəkilən inzibatə xəta ilə əlaqəli ötən gün 15 şirkət barəsində cərimə yazıb, müvafiq rayon məhkəmələrinə göndərib.

Azərbaycan Respublikasının mövcud qanunveriviliyinin tələblərinə uyğun olaraq məcburi auditin subyekti olan hüquqi şəxslər hər il maliyyə hesabatlarının düzgünlüyünü müstəqil auditor rəyi ilə təsdiq etdirməlidirlər. Mikro və kiçik sahibkarlıq subyektləri məcburi auditdən azaddır.

Bununla bağlı Maliyyə Nazirliyi bir neçə dəfə xəbərdarlıqlar etmişdi.

İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə olunur.

Cərimələnən şirkətlər bunlardır:

  1. “Hədəf Liseyi” Məhdud Məsuliyyətli Cəmiyyəti
  2. “Əlı və Nino Yayım MMC” Məhdud Məsuliyyətli Cəmiyyəti
  3. “Seba Fito Tibb” Məhdud Məsuliyyətli Cəmiyyəti
  4. “Bakı Qızlar Universiteti” Məhdud Məsuliyyətli Cəmiyyəti
  5. “Fərəh İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyəti
  6. “Tisa Təhsil Kompleksi” Məhdud Məsuliyyətli Cəmiyyəti
  7. “Red Globe” Məhdud Məsuliyyətli Cəmiyyət
  8. “Matrix Group” Məhdud Məsuliyyətli Cəmiyyəti
  9. Palfood Məhdud Məsuliyyətli Cəmiyyəti
  10. “Profnastıl” Məhdud Məsuliyyətli Cəmiyyəti
  11. “Qasımoğlu” Məhdud Məsuliyyətli Cəmiyyəti
  12. “Pranga H” Məhdud Məsuliyyətli Cəmiyyəti
  13. “Modal-Servis” Məhdud Məsuliyyətli Cəmiyyəti
  14. “Perfekt Pro” Məhdud Məsuliyyətli Cəmiyyəti
  15. “Lime Catering” Məhdud Məsuliyyətli Cəmiyyəti
Son xəbərlər
Digər xəbərlər