10 C
Baku
Thursday, December 12, 2024

Məcmu kapital həcminə görə bankların reytinqi (06.11.2013)

İlin başa çatmasına artıq iki aydan da az vaxt qalıb. Lakin bəzi banklar hələ də Mərkəzi Bankın məcmu kapital tələbini yerinə yetirə bilmirlər. Ona görə də məsələ aktuallığını itirmir. Qeyd etmək istəyirik ki, Mərkəzi Bankın İdarə Heyətinin 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimum miqdarı 50 mln. manatadək artmalıdır. Məcmu kapital – Prudensial hesabatlıq məqsədləri üçün istifadə olunan kapital olmaqla, Mərkəzi Bankın normativ xarakterli aktları ilə müəyyən etdiyi 1-ci dərəcəli və 2-ci dərəcəli kapitala daxil olan komponentlərin cəmi və onlardan tutulmaların fərqidir. İlin sonuna qədər bir sıra bankların kapital tələbini yerinə yetirə biləcəyi hələ də şübhə altındadır. Amma aşağıdakı cədvəldə siz həm də hal-hazırda məcmu kapital həcminə görə lider olan bankları da görə bilərsiniz. İlk pillədə Azərbaycan Beynəlxalq Bankı təmsil olunur (bankın səhmlərinin 56,2%-i Maliyyə Nazirliyinə məxsusdur).  Bankın məcmu kapitalı  773,5 milyondur. İkinci pillədə 240,1 milyon Paşa Bank, üçüncü pillədə isə 218 milyonla Xalq Bank gəlir. Tam cədvəli isə aşağıda işləyə bilərsiniz.

Sıra

Bankların adı

Məcmu Kapital

Tarix

1

Beynəlxalq Bank

773,500,000.00

1 Oktyabr 2013

2

Paşa bank

240,121,740.00

30 Sentyabr 2013

3

Xalq Bank

218,000,000.00

31 Oktyabr 2013

4

Kapital Bank

172,734,200.00

30 Sentyabr 2013

5

Ekspress Bank

124,343,540.00

30 Sentyabr 2013

6

AccessBank

118,165,937.20

30 Sentyabr 2013

7

Bank of Baku

113,376,000.00

İ İyul 2013

8

Bank Silk Way

102,722,350.00

1 iyul 2013

9

Unibank

93,219,450.00

30 Sentyabr 2013

10

Bank Standard

75,000,000.00

30 Iyun 2013

11

Yapı Kredi Bank

61,296,690.00

1 Oktyabr 2013

12

ASB Bank

60,999,637.00

30 Sentyabr 2013

13

Bank Technique

60,805,000.00

1 İyul 2013

14

Bank Respublika

58,947,000.00

30 Sentyabr 2013

15

Bank of Azerbaijan

58,025,761.00

30 Sentyabr 2013

16

DəmirBank

57,800,000.00

1 Oktyabr 2013

17

AG Bank

51,482,750.00

30 Sentyabr 2013

18

AFB Bank

51,439,883.58

30 İyun 2013

19

Muğan Bank

50,747,860.00

1 Oktyabr 2013

20

Kredo Bank

49,222,530.00

1 iyul 2013

21

Nikoil

48,215,000.00

01 Oktyabr 2013

22

Qafqaz İnkişaf Bankı

46,128,990.00

30 senytyabr 2013

23

Turan Bank

45,380,000.00

30 Sentyabr 2013

24

Rabitə Bank

45,188,800.00

30 İyun 2013

25

Azər Kredit Bank

4,516,160,00

1 Oktyabr 2013

26

Ata Bank

42,999,700.00

30 Iyun 2013

27

VTB Bank

37,000,000.00

30 Sentyabr 2013

28

Amrah Bank

30,267,060.00

30 Iyun 2013

29

Bank BTB

30,000,000.00

13 Sentyabr 2013

30

Deka Bank

28,615,810.00

30 Iyun 2013

31

NBC Bank

28,145,000.00

30 Iyun 2013

32

Gəncə Bank

27,891,982.68

30 İyun 2013

33

Para Bank

27,570,000.00

25 İyul 2013

34

Günay Bank*

23,020,579.00

12 İyun 2013

35

United Credit Bank

22,514,620.00

30 İyun 2013

36

Bank Milli İran

21,497,837.46

30 Sentyabr 2013

37

Bank Avrasiya

20,675,830.00

1 İyul 2013

38

Azər Türk Bank

16,193,996.80

1 Oktyabr2013

39

Atra Bank

11,642,490.00

28 iyun 2013

40

Naxçıvan Bank

1.    Günay Bankın Səhmdarlarının 12.06.2013-ci il tarixdə keçirilmiş Ümumi Yığıncağında qərara verilib ki,, Bankın Nizamnamə kapitalı adi, adlı səhm buraxıb yerləşdirməklə 23 020 579 manatdan 50 001 482 manata qədər artırılsın. Bu istiqamətdə işlər gedir. Üçüncü rübün sonuna olan hesabatlar bütün banklarda dərc edildikdən sonra cədvəl təkrar yenilənəcək.

Son xəbərlər
Digər xəbərlər