9 C
Baku
Friday, December 13, 2024

Mədən şirkəti deyir ki, iki yatağa görə “Azergold”a $1.2 milyon ödəyib

Böyük Britaniyanın Azərbaycanda qızıl hasil edən şirkəti “Anglo Asian Mining plc” tədqiqat və kəşviyyat xidməti üçün “AzerGold”a ödədiyi məbləği açıqlayıb.

Banker.az-a bu barədə mədən şirkəti məlumat verir.

Mədən şirkəti bildirib ki, onlar “AzerGold”dan “Qaradağ” və “Xarxar”la bağlı kəşfiyyat məlumatlarının və əlaqədar tədqiqatların və hesabatların alınması üçün $1.2 milyon ödəyib.

“AzerGold” açıqlamışdı ki, 2017-2021-ci illər ərzində “Qaradağ” filiz sahəsinə daxil olan “Qaradağ” və “Xarxar” mis-porfir yataqlarında geoloji kəşfiyyat və tədqiqat işləri həyata keçirib. İlkin məlumatlara əsasən yeni interpretasiya nəticələri üzrə proqnozlaşdırılan mis resursları “Qaradağ” yatağı üzrə 380-530 min ton, “Xarxar” yatağı üzrə 100 min ton qiymətləndirilib.

Xatırladaq ki, “Anglo Asian Mining PLC” şirkəti “AzerGold” ilə “Qaradağ” və “Xarxar” sahələri üzrə məlumatların ötürülməsinə dair müqavilə bağlandığı haqda məlumat verib. Müqaviləyə əsasən, “Qaradağ” yatağı üzrə məlumatlar üçün 3.3 milyon ABŞ dolları, “Xarxar” yatağı üzrə 700 min ABŞ dolları məbləğində vəsaitin “AzerGold”a ödənilməsinin nəzərdə tutulduğu qeyd edilib.

Son xəbərlər
Digər xəbərlər