-1 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank Azərbaycanda fəaliyyət göstərəcək xarici banklarla bağlı şərtləri açıqlayıb

Hər hansı xarici bank ölkəyə gəldiyi təqdirdə strategiya vacibdir. O bazara hansı məqsədlər üçün gəlir?

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı bildirib.

“Əlavə istehlak kreditlərinin verilməsi o qədər də maraqlı deyil. Çünki 24 bankımız bu sahədə çalışır. Kiçik, orta sahibkarlığa dəstək, koorporativ, investisiya bankı olması çox maraqlıdır. Bu, birinci şərtdir. İkinci məsələsə, bizə hansı innovativ həllər gətirirlər? Ölkəmizin maliyyə, makroiqtisadi sabitliyinə xələl gətirmədən, siyasi problemlər yaratmadan, xarici bankların, sığorta və investisiya şirkətlərinin Azərbaycanda fəaliyyətini müzakirə etməyə şad olarıq”, – deyə Taleh Kazımov əlavə edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər