Azərbaycanda koronavirus pandemiyasından sonra Mərkəz Bank yerli banklara tövsiyə etmişdi ki, səhmdarla ödənilək dividentləri təxirə salsınlar.
Banker.az xəbər verir ki, 2020-ci ilin aprelindən qüvvəyə minən bu qərar hər dəfə 3-6 ay müddəti ilə ard-arda artırılıb. Bu da AMB-nin açıqlamasında, bankların kapital mövqeyinin və maliyyə dayanıqlığının qorunmasına xidmət etdiyi qeyd edilmişdi.
Maliyyə bazarlarının requlyatoru müddəti yenə uzadır və səhmdarlarını daha 3 ay müddətinə dividendsiz saxlamalı oldu. Mərkəzi Bankın sədri Elman Rüstəmov 30 iyun 2021-ci ildə “Koronavirus (COVID-19) pandemiyası şəraitində kredit təşkilatlarının fəaliyyətinin müvəqqəti tənzimlənməsi Qaydası”nda dəyişikliklər edərək, ötən illərin nəticəsi üzrə dividend ödənişləri 1 oktyabr 2021-ci il tarixinədək təxirə salınmalı olacaq.
Hazırda ölkədə 26 bankdan 14-nün balansında bölüşdürülməmiş mənfəət vardır: