2 C
Baku
Sunday, December 15, 2024

Mərkəzi Bank daha bir kredit ittifaqının lisenziyasını ləğv edir

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə Mikro Maliyyə Kredit İttifaqı MMC-nin lisenziyası ləğv olunub.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bununla da ölkədə lisenziyası olan kredit ittifaqlarının sayı 1 aydan sonra yenidən 42-yə düşüb.

Xatırladaq ki, “Mikro Maliyyə Kredit İttifaqı” 2013-cü ildə, İsmayıllı rayonunda yaradılıb. Onun nizamnamə kapitalı 4 563 manat, qanuni təmsilçisi isə Ramil Aydın oğlu İsayevdir.

Son xəbərlər
Digər xəbərlər