10 C
Baku
Wednesday, December 11, 2024

Mərkəzi Bank qiymət artımlarının “hədəf çərçivəsinə” düşəcəyini gözləyir

Ümumilikdə, inflyasiya mühitində azaldıcı amillərin güclənməsi və inflyasiya gözləntilərinin sabitləşməsi cari ilin sonuna və 2024-cü ilə illik inflyasiyanın hədəf daxilində formalaşmasını proqnozlaşdırmağa əsas verir.

Banker.az xəbər verir ki,  bu barədə Azərbaycan Mərkəzi Bankının faiz dəhlizinə dair açıqlamasında bildirir.

Mərkəzi Bankın oktyabr proqnozlarına görə inflyasiyanın ortamüddətli dövrdə hədəf diapazonunda olacağı gözlənilir. Belə ki, illik inflyasiya 2023-cü ilin sonuna 4.3%, 2024-cü ildə isə 5.3% və 2025-ci ildə 3.4% olacağı proqnozlaşdırılır.

Cari ildə ardıcıl olaraq bir neçə proqnoz yenilənməsində 2024-cü il və 2025-ci ilə inflyasiya proqnozları hədəf diapazonunda olmuşdur.

Qeyd edək ki, hazırda Azərbaycanda illik inflyasiya 10.9% təşkil edir və bu hədəf çərçivəsindən xeyli uzaqdadır.

Son xəbərlər
Digər xəbərlər