10 C
Baku
Thursday, December 12, 2024

Mərkəzi Bank: “Rəqəmsal valyuta buraxmaq planımız yoxdur”

Hazırda Azərbaycan Mərkəzi Bankının (AMB) rəqəmsal valyuta buraxmaq planı yoxdur.

Bunu AMB-də keçirilən mətbuat konfransında qurumun sədri Taleh Kazımov bildirib.

“Rəqəmsal valyuta üçün istifadə olunan texnologiya çox vacibdir. Bu səbəbdən bu sahəni mütəmadi izləyirik. AMB digər ölkələrin mərkəzi banklarının bu sahədə nələr etdiyini, nələrə nail olduğunu araşdırır. Rəqəmsal valyuta həm əməliyyatlar, həm də maliyyə sektorunun sabitliyi nöqteyi nəzərindən suallar yaradır. Hazırda bu sahədə hansısa mərkəzi bankın uğurlu məhsulu yoxdur”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər