17 C
Baku
Saturday, May 4, 2024

Mərkəzi Bankda ödəniş xidmətlərinin genişləndirilməsi müzakirə edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov “Azərbaycan Fintex Assosiasiyası” İctimai Birliyinin nümayəndələri ilə görüşüb.

Banker.az xəbər verir ki, bunu AMB-nin sədri “Tviter”də bildirib.

Onun sözlərinə görə, görüşdə ölkənin maliyyə sisteminin davamlı inkişafının təmin olunması, ödəniş xidmətlərinin genişləndirilməsi, bank olmayan ödəniş xidməti təchizatçılarının bazarda rolunun gücləndirilməsi müzakirə edilib, fintex nümayəndələrinin qanunvericiliklə bağlı, həmçinin cari fəaliyyətlərində qarşılaşdıqları məsələlər ətrafında fikir mübadiləsi aparılıb, AMB-nin ödəniş xidmətləri bazarlarının inkişafı istiqamətində apardığı islahatlar və həyata keçirtdiyi layihələr, habelə nağdsız ödənişlərin genişləndirilməsi üzrə təşəbbüslər barədə məlumat verilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər