13 C
Baku
Saturday, May 18, 2024

Mərkəzi banklardan biri “qatı dumana” düşdüyü üçün faizlərə toxunmur

Cənubi Koreyanın Mərkəzi Bankı ( Koreya Bankı) bu gün uçot faiz dərəcələrini sabit saxladı və inflyasiyanın səngiməyə doğru gözlənilən yolu izlədiyi təqdirdə 18 ay əvvəl başladığı monetar sərtləşdirmə kampaniyasının davam etməyəcəyini bildirdi.

Banker.az xəbər verir ki, Koreya Bankının sədri Ri Çanq-yonq (Rhee Chang-yong), requlyatorun siyasət faiz dərəcəsini 3,50%-də sabit saxladığını bildirib.

Fevral ayında illik inflyasiya 2022-ci ilin iyul ayında müşahidə edilən 6.3% pik göstərici 5.2%-ə qədər eniş edib.

Ri hazırkı mövqeləri ilə bağlı maraqlı şərh də verib. O deyib ki, “sükanda olanda və görmə qabiliyyətini qatı duman bağlayanda dayanıb dumanın aradan qalxmasını gözləyirsən. Bizim üzləşdiyimiz vəziyyət budur, buna görə dayanıb gözləmək vaxtıdır.”

Mərkəzi Bank da iqtisadi proqnozlarına bir qədər yenidən baxıb. İndi 2023-cü il üçün ÜDM-in noyabr ayı proqnozu (1.7%) ilə müqayisədə keçən ildən 1.6% artdığını öngörür. 2023-cü ildə orta illik inflyasiya ötən illə müqayisədə 3.5% yüksək olacaq. Əvvəllər 3.6% artım gözləyirdi.

Monetar sərtləşmə dövrü 2021-ci ilin avqustunda başlanıldı. Faiz artımında cəmi 300 baza bəndi (3.0 faiz bəndi) təşkil edib

Bu xəbər sərbəst üzən koreya vonun (KRW) məzənnəsinə mənfi təsir edib. USD/KRW cütlüyünün məzənnəsi sessiya açılandan 0.5% artaraq 1 297.00 səviyyəsinə qədər yüksəlib.

tvc bf88fa3eebe748cf8c52e7fc49f9e3cb

Son xəbərlər
 ⁠
Digər xəbərlər