5 C
Baku
Saturday, December 14, 2024

Məşhur avtomobillərin loqotipləri necə yaranıb?

AUDİ. AUDİ avtomobil markasının loqotipindəki dörd halqa nişanı 1932-ci ildə yaradılmışdı. Bu Auto Union şirkətini təşkil edən 4 avtomobil şirkətini – Audi, Horch, DKW və Wanderer simvolizə edirdi. 

1919-cu ildə rəqiblər Avqust Horxanı onun adını daşıyan “Horch” zavodunun idarə heyətinin tərkibindən çıxardılar. Buna cavab olaraq o, yeni bir rəqib şirkət yaratdı. Yeni müəssisənin adı Audi – yəni, onun soyadının latın dilinə tərcüməsi (horch – qədi m alman dilində “qulaq as”) qoyuldu. Audi markası altında o dövrdə yalnızca yarış maşınları buraxılırdı.

BMW. BMW 1916-cı ildə Münhendə aviasiya mühərrikləri zavodu kimi yarandı. Buradan da BMW-nin loqotipi – fırlanan ağ-mavi rəngli propeller yarandı və ilk dəfə 1917-ci ildə BMW təyyarələrinin üzərində göründü. 1919-cu ildə Versal sülhündən sonra Almaniyaya təyyarə düzəltmək qadağan edildi və BMW şirkət sahibləri fəaliyyət istiqamətlərini dəyişməli oldular.

MERCEDES-BENZ. Üçguşəli ulduz üç ünsürü – su, hava və torpağı simvolizə edir. Bu ünsürlər də onunla bağlıdır ki, şirkət həm minik avtomobili, həm yük maşınları, həm təyyarələr və həm də gəmilər istehsal edir.

MASERATI. Artıq 500 ildir ki, Baloniya şəhərinin əsas meydanında Cambolininin əl işi olan Neptun heykəli var. 1914-cü ildə Mario Masserati dəniz çarının əsasına əsaslanaraq öz şirkəti üçün nişan yaratmışdır. Bu üç başlı əsadır. Digər qardaşlar (Karlo, Bindo, Alfieri, Ettore və Ernesto) buna etiraz etmədilər.

LAMBORGHINI. Hələ qədim zamanlardan cənab Ferruço Lamborcininin doğma kəndlərinin yaxınlığında buğa heyvandarlığı ilə məşğul olurdular. Buna görə də Ferruço bu heyvanı mexaniki güc simvolu kimi dəyərləndirib. Bundan əlavə Lamborcini şirkəti ilk olaraq kənd təsərrüfatı üçün traktorların istehsalı ilə məşğul olurdular və traktorların kapotu üzərində öküz şəklinin təsviri gözəl görünürdü. Qeyd edək ki, şirkətin avtomobil istehsalı üzrə bölməsi 1963-cü ildə yaranmışdı.

ROLLS-ROYCE. İlk dəfə ingiltərəli lord Monteqye vəfat etmiş sevgilisinin xatirəsinə öz “rolls-royce”-nun üzərində “uçan qadın” fiqurunu əks etdirmişdi.

Bu fiquru Frederik Henri Roys və Çarlz Stüartın sifarişi ilə Çarlz Sayks hazırlamışdı. Bu fikir ictimaiyyətin xoşuna gəldi və 1911-ci ildən bu nişan bütün Rolls-Royce avtomobilləri üzərinə vurulmağa başladı.

CADILLAC. Bu avtomobil markasının loqotipi – fransız Antuan de la Motta Kadillakın soy-kökünə məxsus gerb idi. Onun soyu 1701-ci ildə hind ərazilərində Vill D’Etrua şəhərinin əsasını qoymuşdu. Daha sonralar bura ingiltərəlilər gəldi və kəndin adını öz dillərinə uyğun olaraq Detroit adlandırmağa başladılar.

СITROEN. Andre Citroen ilkin kapitalını mərmi və şevronların (şevron – vaxtından artıq hərbi qulluqda qalanların paltarında qola tikilən bafta nişan) istehsalına yatırmışdı. Belə ki, İkinci Dünya Müharibəsi zamanı Parisdə bunlardan gün ərzində 20 000 ədəd istehsal olunurdu. Buna görə də Citroen-in emblemində şevron – “İkiqat şevron” təsvir olunub.

CHEVROLET. İsveçrə əsilli Lui Şevrole Amerikaya gəldikdə FIAT America komandasının məşhur yarış ustasına çevrildi. 1911-ci ildə o qardaşları ilə birgə öz şəxsi “Chevrolet” avtomobil firmasını yaratdı və firma artıq 1920-ci ildə FİAT-dan daha çox avtomobil istehsal edirdi. Şirkətin emblemi İsveçrə bayrağından götürülmüş xaç işarəsidir.

SUBARU. “Subaru” sözü yapon dilində Pleyada bürcünü əks etdirir. Bu bürcün altı ulduzu avtomobilin emblemində də təsvir olunub.

MITSUBISHI. Bu emblemi hələ 1870-ci ildə adın qrafik əksi olaraq düşünülmüşdü. Yapon dilindən tərcümədə “Mitsubishi” üç brilyant mənasını verir.

ALFA ROMEO. Milanın yarış maşınları istehsal edən kiçik zavodunu Anonima Lombarda Fabbrica Automobili, yaxud qısa olaraq A.L.F.A. adlandırdılar. Romeo avtomobilinin nişanı isə bir neçə il sonra, 1916-cı ildə neapollu maliyyəçi Nikola Romeo firmanı aldıqdan sonra yarandı. Yeni avtomobil fabrikinin emblemi isə Milanın gerbindəki qalxandan götürülüb.

Son xəbərlər
Digər xəbərlər