8 C
Baku
Friday, December 13, 2024

Məşhur rus bankiri və milyarderi müharibəyə etiraz edib

Avropa ittifaqı və ABŞ-ın sərt sanksiyalarına məruz qalan Rusiyanın “Tinkoff Bank”ının qurucusu Oleq Tinkov Ukrayna ilə müharibəyə qarşı çıxıb.

İş adamı bu barədə İnstaqramda paylaşım edib.

O, insanların ölümünün qəbuledilməz olduğunu deyib.

“İndi Ukraynada hər gün günahsız insanlar ölür, bu, ağlasığmaz və qəbuledilməzdir! Dövlətlər pulu müharibəyə yox, insanların müalicəsinə, xərçəngə qalib gəlmək üzrə tədqiqatlara xərcləməlidirlər. Biz bu müharibəyə qarşıyıq!” – o bildirib.

4182

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər