Bu barədə açıqlama ilə iqtisadçı ekspert Qadir İbrahimli çıxış edib.
Q.İbrahimli bildirib ki, yaxın gələcəkdə devalvasiya (yəni manatın xarici valyutalara nisbətdə dəyərini itirməsi) təhlükəsi yoxdur: “Maaşların artımının isə inflyasiya riski yaratması təbii iqtisadi qanunauyğunluqdur – dövriyyədə pul kütləsi artırsa, inflyasiya riski avtomatik olaraq yaranır. Hökumət anti-inflyasion tədbirlər görməlidir ki, inflyasiya həddi minimuma ensin. Maaşlar 40 faiz qalxıbsa, inflyasiya həddi 2-3 faizdirsə, deməli, real gəlirlər 37-38 faiz artır. Təbii ki, hökumətin effektiv anti-inflyasion siyasəti olmasa bu göstərici 20-25 faizə və daha aşağı enə bilər”.
Xatırladaq ki, dünən Prezident İlham Əliyev minimum aylıq əməkhaqqının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncam bir çox sahələdə çalışan insanlara şamil edilib.