14 C
Baku
Wednesday, April 17, 2024

Macarıstanda “Made in Azerbaijan” tədbiri keçiriləcək

Bu ilin oktyabrında Macarıstanın paytaxtı Budapeşt şəhərində ölkəmizin səfirliyi tərəfindən “Made in Azerbaijan” 2 günlük işgüzar-mədəni tədbirin təşkili planlaşdırılır.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) Banker.az-a verilən məlumata görə, tədbir zamanı Azərbaycan istehsalı olan malların Avropa, o cümlədən Macarıstan bazarına çıxarılmasına dəstək məqsədilə Azərbaycan istehsalçılarının macar şirkətlərinin, topdan və pərakəndə satış şəbəkələrinin təmsilçiləri ilə işgüzar görüşlərinin təşkil olunması, məhsulların sərgilənməsi, habelə Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə konsert proqramının təşkili nəzərdə tutulur.

Ölkədə fəaliyyət göstərən sahibkarlar adıçəkilən tədbirdə iştiraka dəvət olunurlar. Maraqlı olanlar [email protected] e-mail ünvanına yaza bilərlər.

Son xəbərlər
Digər xəbərlər