Namizədə olan tələblər:
- Tam ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya mühasibat uçotu ixtisasları üzrə )
- Analoji sahə üzrə ən azı 3-5 il iş təcrübəsi;
- Səlis Azərbaycan və ingilis dili bilikləri;
- Maliyyə bazarları, onların işləmə prinsipləri, investisiya qiymətli kağızları və törəmə maliyyə alətləri üzrə biliklər;
- Maliyyə hesabatlarının təhlili və risklərin idarəolunması sahəsində biliklər;
- Qiymətli kağızlar sahəsində yerli qanunvericilik üzrə yüksək biliklər, xüsusilə bazarda sui-istifadələr barədə məlumatlılıq;
- Qiymətli kağızlar sahəsində beynəlxalq qanunvericilik üzrə biliklər (Mifid, MAD, Transparancy Directive, Bazel prinsipləri və s.)
- Pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsi ilə mübarizə sahəsində biliklər;
- Yüksək ünsiyyət və təqdimat vərdişləri:
- Analitik düşünmə, problem həll etmə və intensiv rejimdə işləmə bacarıqları;
- İT resursları və ofis proqramları üzrə yüksək biliklər.
- CFA və FRM üzrə beynəlxalq sertifikata sahib olan namizədlərə və Statistik təhlil və proqramlaşdırma (VBA, SQL, MATLAB, Python ) üzrə bilikləri olan namizdlərə üstünlük verilir;
İşin təsviri:
- Ticarət əməliyyatlarına nəzarət üzrə beynəlxalq standartlara uyğun normativ–metodoloji bazanın hazırlanması üzrə təkliflər verir;
- İdarəyə həvalə edilmiş vəzifələrin icrasını təmin etmək məqsədilə departamentin strateji və əməliyyat planlarının hazırlanmasına dəstək verir;
- Qiymətli kağızlar və digər maliyyə alətlərinin ticarətinə proaktiv və retrospektiv nəzarəti həyəta keçirir, analitik təhlillər aparır, təhlillər əsasında yarana biləcək mümkün risklərin mitiqasiyası üzrə təkliflər hazırlayır;
- İnvestisiya şirkəti, fond birjası və depozitar tərəfindən təqdim edilən hesabatları təhlil edir;
- Qiymətli kağızlar bazarında sui-istifadələrə, o cümlədən qiymətlərlə manipulyasiyalara yol verilməməsi və insayd məlumatdan istifadə edilməklə əqdlərin bağlanmaması məqsədi ilə müvafiq tədbirlər görür;
- Emitentlərin vahid məlumat resursunda qeydiyyatını həyata keçirir;
- Emitentlər tərəfindən vahid məlumat resursunda yerləşdirilmiş məlumatların yoxlanılmasını və açıqlanmasını həyata keçirir;
Qeyd: Zəhmət olmasa, e-mailin “Subject” qismində müraciət edilən vakansiyanın adını qeyd edin.
Əlaqə vasitələri:
E – mail : [email protected]